ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MURADƏLİYEVA ELMİRA BÖYÜKAĞA QIZI (1950) Tarixçi

11 oktyabr 1950-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1973-cü ildə fərqlənmə diplomu ilə bitirmişdir. Gənc mütəxəssis kimi BDU-da müəllim vəzifəsində saxlanılmışdır. 1981-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-ci ildə professor elmi adı almışdır. Elmi araşdırmaları Quzey Azərbaycanda kapitalist münasibətlərinin genezisi və inkişafı ilə bağlıdır. 90-dan artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi hazırlamışdır. 1983-cü ildə “Bakı neft sənayesində inhisarçı kapitalın tarixinə dair kütləvi mənbələr” mövzusunda tədqiqatı üçün Gənc alimlərin Ümumittifaq Müsabiqəsinin laureatı diplomu ilə təltif edilmiş. 2000-ci ildə Quzey Kıbrıs Türk Cümhuriyyəti tərəfindən medalla təltif olunmuşdur. 1992-2002-ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə Ekspert Şurasının elmi katibi və üzvü “Emanuel Nobel” adına medalla təltif edilmişdir.

Bookmark and Share