1922-ci ildə Astara rayonunda anadan olmuşdur. 1929-1939-cu illərdə Bakı şəhəri Voroşilov rayon 1 saylı orta məktəbdə, 1939-1944-cü illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1944-1947-ci illərdə aspiranturada təhsil almış, 1947-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1946-cı ildə Marksizm-Leninizm İnstitutunun Bakı filialında baş elmi işçi təyin olunmuşdur. 1950-ci ildə SSRİ tarixi kafedrasının dosenti, 1968-ci ildə Azərbaycan tarixinin yeni, sovet dövrü və arxivşünaslıq kafedrasının professoru seçilmişdir. 1952-1953 və 1980-1986-cı illərdə ADU-nun Tarix fakültəsinin dekanı, 1972-ci ildə Azərbaycan tarixinin yeni, sovet dövrü və arxivşünaslıq kafedrasının müdiri vəzifələrində çalışmışdır. Tədris işi sahəsində əsas fəaliyyəti Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı üzrə məqalə və metodik vəsaitlər hazırlanması olmuşdur. 100-dən artıq elmi əsərin müəllifi olmuşdur. Azərbaycan və SSRİ tarixləri üzrə bir sıra külliyyatların tərtib edilməsində fəal iştirak etmişdir. Onun rəhbərliyi ilə 10 namizədlik dissertasiyası müdafiə edilmişdir. “Qafqazın müdafiəsi uğrunda” medalı ilə təltif olunmuşdur.