Məmmədova Kəmalə
Məmmədova Kəmalə İbadətdin qızı
Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedra¬sının baş laborantı
Tel:(+99412) 439-11-17
QISA BİOQRAFİK MƏLUMAT
- 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.
- 1988-ci ildə Biləcəri 3 saylı dəmiryol orta məktəbini bitirmişdir.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1990-1996-cı tədris ilində BDU-nun Tarix fakültəsi axşam şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir.
- 1998-ci ildə BDU-nun dissertantı olmuşdur.
- «Qafqaz Müsəlmanları Legionunun yaranması və fəaliyyəti (II dünya müharibəsi illərində)» mövzusunda namizədlik dissertasiyası üzərində işləyir.
ƏMƏK FƏALİYYƏTİ
- 1988-ci ilin dekabr ayından BDU-da çalışır.
- Əvvəllər BDU-nun Ümumi və Kadrlar şöbələrində, 1993-cü ildən Tarix fakültəsinin dekanlığında katibə-makinaçı vəzifəsində çalışmışdır.
- 2002-ci ilin may ayından hal-hazıradək Tarix fakültəsinin «Mənbəşünaslıq, tarixşünaslıq və metodika» kafedrasında baş laborant vəzifəsində çalışır.
- Fakültənin əyani və qiyabi şöbələrində «Azərbaycan toponimikası» fənnindən mühazirə və məşğələ, «Azərbaycan tarixinin tarixşünaslığı» fənnindən məşğələ aparır.
- Mövzusu ilə əlaqədar 1 tezisim çapdan çıxıb.
- Azərbaycan toponimikası» fənninin proqramı üzərində işləyir.
- Həmin fənn üzrə qiyabi şöbə tələbələri üçün metodik göstəriş hazırlamışdır.
TƏDQİQAT SAHƏSİ
- II dünya müharibəsi illərində Qafqaz Müsəlmanları Legionunun yaranması və fəaliyyəti
BEYNƏLXALQ SEMİNAR, KONFRANSLAR
- Məmməd Əmin Rəsulzadənin İkinci dünya müharibəsi dövründəki fəaliyyətinə fərqli yanaşmalqar müqayisə təhlil.Xalq Cümhuriyyəti - 100: Müsəlman Şərqində ilk Parlamenti Respublika 21-23 may 2018-ci il Beynəlxalq Elmi Konfransın Xülasələri s.62