ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MƏMMƏDOV XƏQANİ MƏMMƏD OĞLU (1954) Tarixçi

1954-cü ildə Ağcabədi şəhərində anadan olmuşdur. Ağcabədi şəhər 1 saylı orta məktəbini bitirmiş, 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1975-ci ildə təyinatla Ağcabədi şəhər 7 saylı orta məktəbə tarix müəllimi göndərilmiş, 1977-1979-cu illərdə Ağcabədi şəhər 1 saylı orta məktəbdə tarix və ictimaiyyət müəllimi işləmişdir. 1979-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1985-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1982-ci ildən ADU-nun Tarix fakültəsində müəllim, 1986-cı ildən baş müəllim, 1994-cü ildən dosent vəzifələrində çalışmışdır. 2000-ci ildə professor elmi adını almışdır. 1995-2003-cü illərdə Bakı Biznes Universitetində Beynəlxalq əlaqələr üz­rə prorektor, Humanitar fənlər kafedrasının müdiri, 2005-2007-ci illərdə Azər­baycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rəhbər kadrların ixtisasının artırılması fakültəsinin dekanı, 2007-2012-ci illərdə AMİ-nin Ağcabədi filialının direktoru vəzifələrində çalışmışdır. 15-dən çox monoqrafiyanın, dərslik, dərs vəsaitinin və metodik töv­si­yələrin, 120-dən artıq elmi məqalənin müəllifidir.

Bookmark and Share