ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MƏMMƏDOV İSMAYIL MƏHƏMMƏD OĞLU (1950) Tarixçi

25 aprel 1950-ci ildə anadan olmuşdur. 1969-1974-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1974-cü ildən 1976-cı ilədək Zərdab rayonunun Qaravəlli kəndində orta məktəbdə tarix müəllimi işləmişdir. 1976-1979-cu illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani aspirantı olmuşdur. 1980-ci ildən həmin fakültədə işləyir. 1983-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1994-cü ildən Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi (2012-ci ildən Türk xalqları tarixi) kafedrasının professorudur. Həmin kafedrada türk xalqlarının qədim və orta əsrlər dövrü tarixini tədris edir. 100-dən çox elmi məqalənin, proqram, metodik, vəsait, dərslik və dərs vəsaitinin, 5 monoqrafiyanın müəllifi, bir çox nəşrlərin rəyçisi və elmi redaktorudur. 2014-cü ildə Londonda ingilis dilində “Azərbaycan tarixi” adlı əsəri çap olunmuşdur. Tarix fakültəsinin Elmi Şurasının, BDU-nun nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının üzvüdür. “Tarix və onun problemləri” jurnalının baş redaktorunun birinci müavinidir.

Bookmark and Share