ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MƏMMƏDOV İSAQ MUSTAFA OĞLU (1925-2011) Tarixçi

1925-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. 1942-ci ildə orta təhsilini başa vurub Şuşa şə­hə­rində muəllimlik kursuna göndərilmişdi. Oranı bi­tirdikdən sonra Qubadlı rayonunun Qaracalli kən­dində müəllim və dərs hissə müdiri işləmişdi. 1944-1949-cu illərdə ADU-nun Tarix fakültəsində təhsil almışdır. Stalin təqaüdçüsü olmuşdur. 1949-1952-ci illərdə ADU-nun aspirantı olmuşdur. 1955-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1952-1977-ci illərdə ADU-da assisent, müəllim, baş müəllim, dosent və professor, Azərbaycan Dövlət Tibb Universitetində və Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri, 1976-1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdı. İ.Məmmədov həm də görkəmli elmi tədqiqatçı olmuşdur. 300-ə qədər elmi əsərin müəllifi olmuş, umumtəhsil məktəbləri üçün proqram və dərsliklərin hazırlanmasında fəal iştirak etmişdir. İ.Məmmədov yüksəkixtisaslı kadrların hazırlanmasında fəal iştirak etmiş, 1956-1977-ci illərdə ADU-da dissertantura və doktoranturaya qəbul, namizədlik minimum imtahan komissiyasının, 1973-1982-ci illərdə ADU-da, 1999-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tarix üzrə ixtisaslaşdırılmış müdafiə Şurasının üzvü olmuşdur. Onun rəhbərliyi ilə 20-yə yaxın namizədlik dissertasiyası müdafiə edilmiş, 40-a yaxın namizədlik və doktorluq dissertasiyasının rəsmi opponenti olmuşdur. Naxçıvan Muxtar Respublikasının Ali sovetinin deputatı və Naxçıvan şəhər PK-nin üzvü olmuşdur. Yüksək elmi-pedaqoji fəaliyyətinə görə “Əməkdar Elm Xadımı”, “Qabaqcıl ali məktəb işçisi”, “Əməkdar müəllim” fəxri adlarına layiq görülmüşdü. 2007-ci ildən Prezident təqaüçüsü olmuşdur.

Bookmark and Share