1933-cü ildə Gürcüstanın Borçalı rayonunda anadan olmuşdur. 1949-cu ildə Qazaman orta məktəbini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuşdur. 1954-cü ildə həmin fakültəni bitirdikdən sonra 1958-ci ilədək N.Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda müəllim, 1958-1983-cü illərdə ADU-nun Sov.İKP tarixi kafedrasında dosent, professor, 1983-cü ildən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun Elmi kommunizm kafedrasının müdiri vəzifələrində işləmişdir. 1961-ci ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1979-cu ildə professor elmi adını almışdır. 1977-1980-ci illərdə Tarix fakültəsinin dekanı olmuşdur. 100-ə yaxın elmi məqalə və 2 monoqrafiya müəllifi olmuşdur.