ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MEHDİYEVA NİSBƏT CANMƏMMƏD QIZI (1937) Tarixçi

1 yanvar 1937-ci ildə anadan olmuşdur. 1955-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1960-cı ildə BDU-nun Tarix fakültəsini bitirərək həmin universitetin Sov.İKP tarixi kafedrasının nəzdində aspiranturaya daxil olmuşdur. 1968-ci ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1994-cü ildə professor elmi adı almışdır. 1960-1963-cü illərdə AEA-nın Tarix İnstitutunda elmi işçi işləmişdir. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda Sov.İKP tarixi kafedrasında baş müəllim, 1973-1975-ci illərdə Bakı Dövlət Universitetinin SSRİ tarixi kafedrasında dosent əvəzi, 1975-1991-ci illərdə dosent, 1991-1994-cü illərdə BDU-nun Türk və Qafqaz xalqları tarixi kafedrasında professor əvəzi, 1994-cü ildən həmin kafedranın, 2012-ci ildən Türk xalqları tarixi kafedrasının professorudur. Tədqiqat sahəsi ictimai təşkilatlar, yaradıcılıq ittifaqları və cəmiyyətlərinin fəaliyyəti, neft sənayesi, mədəniyyət məsələləri və türk xalqlarının tarixinə aid problemlərdir. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 80 elmi işin – 2 monoqrafiya, 5 dərslik, 1 kitab, 1 dərs vəsaiti, 9 proqram, 1 metodik göstəriş, 14 elmi konfransda etdiyi məruzənin çap olunmuş tezis və məqalələri və 47 elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 20-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, bir çox elmlər namizədi və elmlər doktorunun opponenti olmuşdur. Bakı Dövlət Universiteti Həmkarlar İttifaqı bürosunun, AMEA-nın A.A.Ba­kıxanov adına Tarix İnstitutunda fəaliyyət göstərən elmi seminar və Dis­sertasiya Şurasının üzvü olmuşdur. BDU-nun Tarix fakültəsi Elmi Şurası, D.02.161 Dissertasiya Şurası və Tədris-metodiki Şurasının üzvüdür. “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

Bookmark and Share