Məmmədov Ismayil
Məmmədov İsmayıl Məhəmməd oğlu 
Tarix elmləri doktoru, professor
Tel:439-08-56
QISA BİOQRAFİK MƏLUMAT
- 1950-ci il aprelin 25-də Zərdab rayonu, Qaravəlli kəndində anadan olub.
- Orta məktəbi həmin kənddə bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.
- 1976-1979-cu illərdə aspiranturada oxumuşdur.
- 1983-cü ildə «Azərbaycan zəhmətkeşlərinin Ümumittifaq Lenin iməcliklərində iştirakı (1969-1976)» adlı namizədlik disertasiyasını müdafiə edib.
- 1992-ci ildə «Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsinin yüksəlməsi (70-80-cı illər)» adlı doktorluq dissertasiyasını müdafiə edib.
ƏMƏK FƏALİYYƏTİ
- 1980-ci ildən Tarix fakültəsində müəllim vəzifəsində çalışır. Hazırda «Türk və Qafqaz xalqları tarixi» kafedrasının professorudur.
- Təhsilin bakalavr pilləsində «Türk xalqlaırı tarixi» fənnini tədris edir. Magistratura pilləsində "Türk dünyasi tarixi" ixtisası üzrə «Hunlar» mövzusunda dərs aparır.
- 1 monoqrafiyanın, 1 dərsliyin, 1 dərs vəsaitinin, 3 metodik vəsaitin, 70-dən çox məqalənin müəllifidir.
TƏDQİQAT SAHƏSİ
- Qədim dövrdə və orta əsrlərdə türk xalqlarının dövlətçilik tarixi
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Türkiyədə Dumlupinar Universitetinin təşkil etdiyi Beynəlxalq Konfransda iştirak etmişdir. Türkiyə, Kütahiya şəhəri. Bakı, 2006.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri. Beynəlxalq Konfransda məruzə. Türkiyə Dumlupinar Universiteti, 2006-cı il.
- H.Əliyev və türk dünyası // Azərbaycan Beynəlxalq Universitetinin xəbərləri, 2008-ci il, №1.
KİTABLAR
- Azərbaycan fəhlə sinfinin mədəni-texniki səviyyəsi (1970-1980-ci illər). Bakı, 1991. Monoqrafiya.
- «Hünlar». Dərs vəsaiti. Bakı universitetinin nəşriyyatı. Bakı, 1998.
- Hökmdarlardan… Filosoflaradək. Bakı, «Azər» nəşriyyat. 2002.
- Azərbaycan tarixi. Dərslik. Bakı, «Adiloğlu» nəşriyyat 2005. 485 səhifə, 31 ç.v.
- Azərbaycan Tarixi ( rus dildə) Bakı, 2009 il
- Türk Kafkasında siyasi və etnik yapı. Eski çağlardan günümüzə. Azərbaycan Tarixi. İstanbul. 2009 il.
- History of Azerbaijan/ London, 2014 (inglis dildə)