ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Mahmudov Yaqub

MAHMUDOV YAQUB MİKAYIL oğlu

Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor, əməkdar elm xadimi

QISA BİOQRAFİK MƏLUMAT

  • 1939-cu ildə Şəki rayonunun Baş Göynük kəndində doğulmuşdur.
  • 1956-cı ildə Balakən rayonu Srıbulaq orta məktəbini bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1962-ci ildə Bakı Dövlət Universitetinin arix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1966-cı ildə aspiranturanı başa vurmuş və "Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə qarşılıqlı əlaqələri (XV əsrin 60-70-ci illəri)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin II yarısı-XVII əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

TƏDQİQAT OBYEKTİ

  • “Ost-Hind şirkəti və Azərbaycan” mövzusu üzərində tədqiqat işi aparmışdır. Tədqiqat işində Azərbaycanın Səfəvilər dövlətinin Avropa və Şərq ölkələri ilə siyasi, hərbi və ticarət əlaqələri araşdırılmışdır. Başlıca diqqət XVII əsrin əvvəllərində Səfəvi-İngiltərə əlaqələrinə, dəqiq desək, ticarət əlaqələrinə yönəldilmişdir. Səfəvilər dövlətinin antiosman cəbhəsində tutduğu yer, Avropa dövlətləri ilə Azərbaycanın siyasi və iqtisadi əlaqələrinin qurulmasında bu dövlətin rolu tədqiq edilmişdir. Ümumilikdə, Səfəvilər dövrü Azərbaycanın beynəlxalq siyasi və iqtisadi əlaqələrinin tarixi şərtləri, Avropa dövlətlərinin Azərbaycanla münasibətlərə can atmasının səbəbləri geniş şəkildə araşdırılmışdır. Başlıca diqqət Səfəvi şahı I Abbasın hakimiyyəti dövrünə ayrılmışdır. Belə ki, şah Abbasın İngiltərə dövləti ilə qurduğu hərbi-siyasi əlaqələr, “Ost-Hind” şirkətinin Şərq ölkələrində fəaliyyəti, Hörmüz münaqişəsinin mahiyyəti tədqiqatda diqqət yetirilən ən mühüm məsələlər olmuşdur. Tədqiqatda əsasən orta əsr Avropa mənbələrindən, o cümlədən İtaliya tarixçisi Q.Berşenin “La Venezia e la Persia” adlı toplusunda əksini tapmış sənədlərdən və Marin Sanudonun gündəliklərindən istifadə olunmuşdur.

ƏMƏK FƏALİYYƏTİ

  • 1966-1981-cı illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, Ümumi tarix və Azərbaycan tarixi redaksiyalarının müdiri, Ensiklopediyanın elmi işlər üzrə Baş redaktor müavini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi və dosenti vəzifələrində çalışmışdır.
  • 1981-ci ildə Bakı Dövlət Universitetində Qədim dünya və orta əsrlər tarixi kafedrasının açılması ilə həmin kafedrada dosent vəzifəsində işə dəvət olunmuşdur.
  • 1983-cü ildə Universitetin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsini icra etmişdir.
  • 1985-1986-cı illərdə Universitetin Tarix fakültəsinin dekan müavini işləmişdir.
  • 1986-cı ildə Tarix fakültəsinin dekanı seçilmişdir.
  • 1990-cı ilin noyabrında Tarix fakültəsinin xalq hərəkatında fəal iştirak edən bir qrup tələbəsinin universitetdən xaric olunmasına etiraz əlaməti olaraq dekan vəzifəsindən istefa vermişdir.
  • 1990-cı ildə professor elmi adı almış, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri seçilmişdir. İndiyədək həmin kafedraya rəhbərlik edir.
  • 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini, “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru işləmişdir.
  • 1994-cü ildə Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri vəzifəsində qalmaqla yenidən Universitetin Tarix fakültəsinin dekanı seçilmiş və 2004-cü ilədək həmin vəzifədə fəaliyyət göstərmişdir.
  • 2004-cü il oktyabrın 13-dən Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktorudur.
  • 2000-ci ilin 5 noyabrında Azərbaycan Respublikasının Milli Məclisinə (II çağırış) deputat seçilmişdir.
  • 2005-ci ilin 6 noyabrında yenidən Azərbaycan Respublikasının Milli Məclisinə (III çağırış) deputat seçilmişdir.
  • 2007-ci ildən AMEA-nın müxbir üzvüdür.
  • Yusif Məmmədəliyev, Rəsul Rza, «Qızıl qılınc», «Qızıl qələm» mükafatları laureatıdır.
  • Azərbaycan Respublikasının Əməkdar Elm xadimidir.
  • Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Türkiyə, ABŞ, Rusiya, Yunanıstan, İran, Koreya (Cənubi Koreya), Səudiyyə Ərəbistanı, İraq, İsveçrə, Belçika, Şimali Kipr Cümhuriyyəti, Pakistan, Xorvatiya, Filippin, İsveç, Macarıstan və b. ölkələrin müxtəlif şəhərlərində (Ankara, İstanbul, Vaşinqton, Nyu-York, Moskva, Sankt-Peterburq, Kiyev, Afina, Tehran, Seul, Hoseo, Pusan, Kayseri, Təbriz, Zəncan-Sultaniyyə, Vladimir-Suzdal, Bağdad, Cenevrə, Brüssel, Manila, Stokholm, Budapeşt və s.) keçirilən beynəlxalq simpoziumlarda iştirak və çıxışlar etmişdir.
  • Ölkə üzrə tarix ixtisası sahəsində Dissertasiya Şurasının, Təhsil Nazirliyi Elmi-Metodik Şurası Tarix bölməsinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Tarix fənni üzrə elmi-nəzəri seminarın sədridir.
  • Azərbaycan xalqının çoxmədəniyyətlilik tarixindən // Heydər Əliyev irsi və multikultural dəyərlər: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konfransın materialları. – Bakı: Azərnəşr, 2016. –. 241-254.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • "Səyyahlar, kəşflər və Azərbaycan" (1985)
  • "Ağqoyunlu dövründə Azərbaycan-Avropa qarşılıqlı əlaqələri (XV əsrin II yarısı)" (1986)
  • «Seçilmiş Əsərləri»n I cildinə Yaqub Mahmudovun Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixi ilə bağlı əsərlərinin bir qismi – “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri” adlı namizədlik dissertasiyası (Bakı, 1966), “Öyrənilməmiş səhifələr” (Bakı, 1972) və “Səyyahlar Azərbaycana gəlir” (Bakı, 1977) kitabları, həmçinin adı çəkilən problemə aid 1960-70-ci illərdə çap olunmuş 15 məqaləsi daxil edilmişdir.
  • 2. Seçilmiş Əsərləri. Bakı, 2011, II cild – 38,5 ç.v. (Monoqrafiya) (2014-də nəşr olunub) «Seçilmiş Əsərləri»n ikinci cildinə Azərbaycanın Qərbi Avropa ölkələri ilə əlaqələrini əks etdirən kitablarından 3-ü – «Odlar Yurduna səyahət» (Bakı, 1980), «Səyyahlar, kəşflər, Azərbaycan» (Bakı, 1985), «Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin ikinci yarısı)» (Bakı, 1986), mövzu ilə bağlı 1981-1988-ci illərdə dövri mətbuatda və müxtəlif elmi nəşrlərdə çıxmış məqalələri (8 məqalə), həmçinin, orta əsrlərin məşhur Azərbaycan və Avropa diplomatları haqqında ensiklopediya məqalələri (38 məqalə) daxil edilmişdir.
  • Seçilmiş Əsərləri. Bakı, 2011, III cild (Monoqrafiya) – 42 ç.v. (2014-də nəşr olunub) «Seçilmiş Əsərləri»n III cildinə müəllifin Azərbaycanın milli dövlətçilik tarixində mühüm rol oynamış Ağqoyunlu və Səfəvi dövlətlərinin xarici siyasətini və diplomatiyasını əks etdirən, rus dilində yazılmış əsərləri – «Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri (XV əsrin ikinci yarısı – XVII əsrin əvvəlləri)» adlı monoqrafiyası, eyni mövzuda olan doktorluq dissertasiyasının avtoreferatı, «Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı münasibətləri (XV əsrin 60-70-ci illəri)» mövzusunda yazdığı namizədlik dissertasiyasının avtoreferatı, həmçinin mövzu ilə bağlı 1977-1991-ci illərdə çap edilmiş məqalələri daxil edilmişdir.
  • 12. Seçilmiş Əsərləri. Bakı, 2012, XII cild (Monoqrafiya) – 39 ç.v. (2014-də nəşr olunub) «Seçilmiş Əsərləri»n XII cildi Azərbaycanın dövlətçilik tarixinə həsr olunmaqla, alimin adı çəkilən problem üzrə apardığı tədqiqatlarından ibarət əvvəlki cildlərin davamıdır; Hazırkı cildə tarixçinin Azərbaycanın dövlətçilik və milli-mənəvi mədəniyyət tarixi üzrə 40-dan çox məqaləsi daxil edilmişdir.
  • “Əfsanədən gerçəkliyə” və ya Neft diplomatiyası tarixində böyük qələbə // Ə.Mehdiyev. “Əsrin müqaviləsi”: Azərbaycan neft strategiyasının təməl daşı kitabına Ön söz. Bakı, 2014
  • Геноцид азербайджанского народа в 1917-1920 гг. // Современная научная мысль, 2015, 3
  • Президент Ильхам Алиев – созидатель азербайджанской модели современного развития, Современная научная мысль, №4, М.,2016,с. 10-17.

TƏDRIS-METODIKI IŞLƏRI

  • Orta əsrlər tarixi (1989)

MONOQRAFİYALAR

  • "Öyrənilməmiş səhifələr" 1972
  • "Səyyahlar Azərbaycanda" 1977
  • "Odlar ölkəsinə səyahət" 1980
  • "Ağqoyumlu və Səfəvi dövlətlərinin Avropa ölkələri ilə münasibətləri (XV əsrin II yarısı- XVII əsrin əvvəlləri)" 1991
  • "Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası"(Y.M.Mahmudovun baş redaktorluğu ilə). Bakı 2004
  • Qarabağ: real tarix, faktlar, sənədlər. Bakı, 2009 il Yaqub Mahmudov, Kərəm Şükürov
  • Orta Əsrlər Tarixi ( erkən dövr) bakalvr çün. Bakı, 2011 il.
  • Səyyahlar, kəşflər, Azərbaycan. Bakı, 2012 il Yaqub Mahmudov
  • Şuşa: Pənahabd. Bakı, 2012 il, Yaqub Mahmudov, Camal Mustafayev
  • 1918 - 1920 illər, türk-müsəlman əhalisi soyqırım. Baku, 2015 il
  • İlham Əliyev və Azərbaycan tarix elmi. Bakı: Turxan NPB, 2014, 480 s. Monoqrafiya (30 ç.v.) (2015-ci ildə nəşr edilmişdir)
  • Real tarix və böyük Ermənistan uydurması. Bakı: Turxan NPB, 2014, 160 s. Monoqrafiya (10 ç.v.) (2015-ci ildə nəşr edilmişdir)
  • Геноцид тюрко-мусульманского населения Азер¬байджана в 1918-1920 годах. Баку, “ATİB”, 2015, 110 c.
  • Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır (Azərbaycan, ingilis və rus dillərində). Bakı, “Turxan NPB”, 2015.
  • “Azərbaycanın Avropa ölkələri ilə ticarət əlaqələri tarixinə dəyərli tədqiqat”. Əzimli D.M. Azərbaycanın Qərbi Avropa ölkələri ilə ticarət əlaqələri və Türkiyə (XV əsrin II yarısı – XVII əsrin I yarısı). /Layihə rəhbəri, elmi redaktor və ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Turxan NPB, 2014, s.3-6. (2015-ci ildə nəşr edilmişdir)
Bookmark and Share