ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ƏLİYEV QABİL ƏLİ OĞLU (1956) Tarixçi

13 oktyabr 1956-cı ildə anadan olmuşdur. 1972-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuşdur. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmiş, 1982-1985-ci illərdə universitetin nəzdində Vətən tarixi ixtisası üzrə aspiranturada təhsilini davam etdirmişdir. 1986-cı ildə namizədlik, 2003-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə dosent, 2010-cu ildə professor elmi adını almışdır. 1982-ci ildən Bakı Dövlət Universitetində elmi və pedaqoji fəaliyyətə başlamış, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. Elmi yaradıcılıq sahəsində Azərbaycan və Qafqaz tarixinin aktual problemlərinin araşdırılmasına xüsusi diqqət yetirmişdir. İndiyə kimi 120-dən çox əsər və elmi məqalənin, o cümlədən 1 monoqrafiya, 3 dərslik, 2 dərs vəsaiti, 4 proqram, 2 metodik göstəriş hazırlayıb nəşr etdirmişdir. 2004-2005-ci illərdə “Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopediyasında AXC-nin qonşu dövlətlərlə diplomatik münasibətləri haqqında 20-dən çox məqalə çap etdirmişdir. Orta məktəblər üçün dərslik və dərs vəsaitləri hazırlamaq sahəsində də fəal iş görmüşdür. Rəhbərliyi ilə 40-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 1 elmlər namizədi hazırlanmışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tarix üzrə Ekspert Şurasının elmi katibi, Təhsil Nazirliyinin Tarix üzrə Tədris-Metodiki Şurasının üzvü, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Tarix fənni üzrə eksperti olmuşdur.

Bookmark and Share