ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ƏLİYEV ƏLİ PİRƏLİ OĞLU (1927-1992) Tarixçi

10 may 1927-ci ildə anadan olmuşdur. 1945-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq fa­kül­tə­sinin əyani şöbəsinə qəbul edilmiş, 1950-ci ildə fərq­lənmə diplomu ilə bitirmişdir. 1950-1955-ci illərdə Azər­baycan Pedaqoji İnstitutunun aspiranturasında SSRİ tarixi ixtisası üzrə təhsil almış, 1955-ci ildə na­mizədlik, 1966-cı ildə doktorluq dissertasiyası mü­dafiə etmişdir. 1967-ci ildə professor elmi adı almışdır. 1960-cı ildən ömrünün sonuna kimi Bakı Dövlət Universitetində dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. 1973-1976-cı illərdə Arxivşünaslıq kafedrasının, 1977-1988-ci illərdə SSRİ tarixi (Oktyabr inqilabına qədərki dövr) kafedrasının müdiri olmuşdur. 160-dan çox elmi əsərin, o cümlədən 10 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur. Rəhbərliyi ilə 12 nəfər tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Onlardan 8 nəfəri sonrakı dövrdə elmi tədqiqat işini uğurla davam etdirmiş, doktorluq dissertasiyası müdafiə etmişdir.

Bookmark and Share