ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ƏLİYARLI SÜLEYMAN SƏRDAR OĞLU (1930-2014) Tarixçi

18 dekabr 1930-cu ildə anadan olmuşdur. 1948-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Birinci kursdan sonra təhsilini davam etdirmək üçün M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilmişdir. 1954-cü ildə həmin universiteti bitirdikdən sonra AEA-nın Tarix İnstitutunda elmi işçi kimi işə başlamış və elmi katib vəzifəsində çalışmışdır. 1956-1959-cu illərdə Tarix İnstitutunun aspiranturasında təhsil almışdır. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1980-cı ildə professor elmi adı almışdır. 1959-cu ildən BDU-nun Azərbaycan tarixi kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. Azərbaycan tarixi kafedrasında baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 1978-2001-ci illərdə həmin kafedranın müdiri vəzifəsində işləmişdir. Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. 1990-2000-ci illərdə Azərbaycan Milli Məclisinin Yer Adları (Toponimika) Ko­missiyasına başçılıq etmişdir. 1992-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 2000-ci ildə Türk və Türkiyə tarixi ilə bağlı araşdırmalarına görə Türk Tarix Qurumunun fəxri üzvü seçilmişdir. Türk və ingilis dillərində çap olunmuş 26 cildlik “Türklər” ensiklopediyasının (Ankara, 2002) Redaksiya Heyətinin üzvü və müəlliflərindən biridir. Elmi fəaliyyəti Azərbaycanın orta əsrlər, yeni və müasir dövrünün aktual problemlərinin araşdırılması ilə bağlıdır. 150-dən çox elmi məqalənin müəllifi olmuşdur. Rəhbərliyi ilə 30-dan çox magistr dissertasiyası yerinə yetirilmiş, 3 elmlər doktoru, 18 elmlər namizədi hazırlanmışdır.

Bookmark and Share