1918-ci ildə Qutqaşen rayonu Mirzəbəyli kəndində anadan olmuşdur. 1934-cü ildə kənd orta məktəbini bitirmiş, 1934-1936-cı illərdə kolxozda işləmişdir. 1936-1939-cu illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun Fəhlə fakültəsində, 1939-1948-ci illərdə ADU-nun Tarix fakültəsində təhsil almışdır. 1948-ci ildə ADU-nun Marksizm-leninizm kafedrasının aspirantı olmuşdur. 1954-cü ildə namizədlik, 1963-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1964-cü ildə professor elmi dərəcəsi almışdır. 100-dən çox elmi əsərin müəllifi olmuşdur.