ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ŞÜKÜROV KƏRİM KƏRƏM OĞLU (1956) Tarixçi

1956-cı ildə Mirbəşir rayonunun (Tərtər) Qaradağlı kəndində anadan olmuşdur. 1962-ci ildə Bərdə şəhəri 1 saylı orta məktəbə getmiş, 1972-ci ildə hə­min məktəbi bitirmişdir. 1972-1977-ci illərdə ADU-nun Tarix fakültəsində təhsil almışdır. 1980-ci ilədək Bərdə şəhəri 1 saylı məktəbdə müəllim və direktor müavini işləmişdir. 1980-1983-ci illərdə ADU-nun aspiranturasında oxumuşdur. 1984-cü ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2012-ci ildə professor elmi dərəcəsi almışdır. 11 kitab və monoqorafiyanın, 100-dən elmi məqalənin müəllifidir. Ankara, Kars, Praqa və Berlində Beynəlxalq konfranslarda iştirak etmişdir. Azərbaycan Respublika Prezidentinin 2012-ci il 25 may tarixli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi Dövlət mükafatına layiq görülmüşdür.

Bookmark and Share