ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İŞKOV LEONİD ALEKSANDROVİÇ (1885-1927) Tarixçi

1885-ci ildə Rusiyanın Ryabinski şəhərində anadan olmuşdur. İlk təhsilini gimnaziyada almışdır. 1911-ci ildə Moskva universitetini bitirdikdən sonra pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1916-cı ildə Tiflis qadın gimnaziyasına Ümumi tarix fənnini tədris etməyə dəvət olunmuş, 1917-ci ildə Zaqafqaziya universitetinin privat-dosenti seçilmişdir. Tiflisdə Şəhər dumasının üzvü, 1917-ci ildə isə Qafqaz Təhsil dairəsinin vəkili seçilmişdir. Eyni vaxtda Tiflisdə Milli Universitetin təsisində iştirak etmiş və Bakıya gedənə qədər ona rəhbərlik etmişdir. 1919-cu ilin noyabrında L.A.İşkov Bakı Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə dəvət olunmuşdur. 1920-ci ilin fevralından Tarix-filologiya fakültəsinin katibi, 1922-1926-cı illərdə dekanı, 1919-1927-ci illərdə Ümumi tarix kafedrasının professoru olmuşdur. 1920-ci ilin noyabrından Bakı Politexnik institutunun İqtisadi elmlər kafedrasının professoru seçilmiş, Şəhər kitabxanasının direktoru olmuşdur.

Bookmark and Share