ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Konfransa müraciət üçün qoyulan tələblər:

Yuxarıda göstərildiyi kimi, Konfransa fərdi və tam hazır panel şəklində müraciət edilə bilər. Panel üçün tələblər: Panelin 100 sözlük annotasiyası, paneldəki hər məruzə üçün 200 sözlük tezis, təqdimatçıların hər biri haqqında qısa məlumat təşkilat komitəsinə göndərilməlidir. Bunun üçün əlavə edilmiş formanı (Forma-1) doldurulub adr_centennial@yahoo.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Fərdi məruzə üçün qoyulan tələblər: Fərdi məruzə üçün təqdimatçı haqqında qısa məlumat və 250 sözlük tezis təşkilat komitəsinə göndərilməlidir. Bunun üçün əlavə edilmiş formanı (Forma-2) doldurub adr_centennial@yahoo.com elektron ünvanına göndərməyiniz xahiş olunur.

MƏRUZƏLƏRİN GÖNDƏRILMƏSI

Tezisləri qəbul edilən təqdimatçılar 3000 – 5000 söz həcmində olan məruzə mətni hazırlamalı və 10 may 2018-ci il tarixinədək konfransın elektron ünvanına- adr_centennial@yahoo.com göndərməlidirlər. Dünya səviyyəli beynəlxalq elmi konfranslarda olduğu kimi, bu konfransda da hər paneldə moderatorla yanaşı, diskassant iştirak edəcək. Diskassant təqdim olunan məruzələri öncədən oxuyacaq və təqdimatlardan sonra öz rəyi ilə çıxış edəcək. Konfransda iştirak ödənişsizdir. İştirakçıların yol xərci və konfrans müddətində Bakıda qalma xərcləri özləri tərəfindən ödənilir.

Bookmark and Share