Kafedranın tədris-metodiki fəaliyyəti
1992-ci ildən hal-hazıra qədər kafedra əməkdaşları tərəfindən türk xalqları tarixinin müxtəlif istiqamətləri üzrə 3 dərslik, 4 dərs vəsaiti, 8 proqram, 3 metodik vəsait hazırlanaraq nəşr etdirilmişdir. Hazırda bu istiqamətdə iş davam etdirilir.
Dərsliklər
- Əsməd Muxtarova. "Turk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)". Bakı: Adiloğlu, 2014. – səh.604. Dərsliyin ilk nəşri 1999-cu ilə aiddir. 2014-cü ildə əlavə və dəyişikliklərlə yenidən nəşr olunmuşdur. Dərslik ilk nəşrdən sonra 1999-cu ildə "Sara Xatun" Ədəbi məclisinin qərarı ilə "Sara Xatun" mükafatına layiq görülmüşdür.
- Nisbət Mehdiyeva. "Türk xalqları tarixi. Yeni dövr (XIX – XX əsrin əvvəlləri)". Bakı: Adiloğlu, 2010. – səh.352. Dərsliyin ilk nəşri 2003-cü ilə aiddir (330 səh.). Dərslik Turkiyə Cümhuriyyətinin görkəmli ictimai-siyasi xadimi Süleyman Dəmirələ təqdim olunmuş və onun tərəfindən yüksək qiymətləndirilmişdir.
- İsmayıl Məmmədov. Türk Kafkası'nda Siyasi ve Etnik Yapı: Azerbaycan Tarixi: Eski Cağlardan Günümüze. İstanbul, Ötüken, 2009. - 853 səh.
Dərs vəsaitləri:
- Əsməd Muxtarova. Türk xalqlarının dövlətçilik tarixinə dair (qədim dövr və orta əsrlər). Təhsilin magistratura pilləsi üçün dərs vəsaiti. Bakı, Adiloğlu, 2002. – səh.135.
- Nisbət Mehdiyeva. Azərbaycan yaradıcılıq ittifaqlarının kütləvi təbliğat sahəsində fəaliyyəti (1960-1980-ci illər). Bakı: BUN, 1990. – 104 səh.
- İsmayıl Məmmədov. Hunlar. Bakı, nəşriyyat, 1998.
- Sevinc Ruintən. XX əsrin sonu – XXI əsrin əvvəllərində Mərkəzi Asiyanın türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində. “Türk dünyası tarixi” ixtisası üzrə magistratura təhsil pilləsində tədris üçün dərs vəsaiti. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2014. – 242 səh.
Metodik vəsaitlər
- Nisbət Mehdiyeva. Türk xalqlarının tarixinə dair materiallar. Bakı: BUN, 1994. – 46 səh.
- Altay Göyüşov. Rusiyada monarxiyanın süqutundan SSRİ-nin yaranmasına qədər olan dövrdə müsəlman-türk xalqlarının milli-azadlıq mübarizəsi (1917-1921). Metodik vəsait. Bakı, 2002. – səh.119.
- Sevinc Ruintən. Türk xalqları tarixi (yeni və müasir dövrlər). Bakalavr təhsil pilləsində tədris üçün. Bakı, Bakı Universiteti Nəşriyyatı, 2012. 2,5 ç.v.
Proqramlar
- Nisbət Mehdiyeva. Mərkəzi Asiya – Rusiya münasibətləri (XIX – XX əsrin əvvəlləri). Bakalavr hazırlığı üçün proqram. Bakı: Mütərcim, 2013. – 38 səh.
- Nisbət Mehdiyeva. Mərkəzi Asiya və Qazaxıstan, Volqaboyu, Sibir və Krımda ictimai – siyasi vəziyyət (XIX – XX əsrin əvvəlləri). Magistr hazırlığı üçün proqram. Bakı: “İlay” MMC, 2009. – 24 səh.
- Nisbət Mehdiyeva. Türk xalqlarının mədəniyyəti (XIX – XX əsrin əvvəlləri). Magistratura üçün proqram. Bakı: ADPU, 2002. – 14 səh.
- Nisbət Mehdiyeva. Rusiya imperiyası tərkibindəki türk xalqlarının tarixi. Yeni dövr (1800 – 1917 – ci illər). Bakı: BUN, 1993. – 16 səh.
- Sevinc Ruintən. Türk xalqları tarixi (qədim dövrlərdən günümüzə qədər). Kənar fakültələrdə tədris edilmək üçün. Bakı: İlay MMC, 2008. – 1 c.v.
- Sevinc Ruintən. XX əsrin sonu – XXI əsrin əvvəllərində Mərkəzi Asiyanın türk dövlətləri dünya dövlətlərinin maraqları sistemində. “Türk dünyası tarixi” ixtisası üzrə magistratura təhsil pilləsində tədris üçün. Bakı, 2011.
- Sevinc Ruintən. Yeni dünya düzəni şəraitində Türkiyə - Qafqaz münasibətləri. Bakı, 2012
- Cavid Əlisgəndərli. Türkiyənin Qafqaz siyasəti. Bakalavr təhsil pilləsində tədris edilmək üçün ixtisas fənni proqramı. Bakı, 2016.