Kafedranın professoru Əsməd Muxtarovanın təsisçişi və baş redaktoru olduğu "Tarix və onun problemləri" elmi, nəzəri, metodik jurnal 1997-ci ildən davamlı olaraq nəşr edilir. Bu günə qədər jurnalın 74 sayı nəşr olunub. Jurnal Azərbaycan Respublikası AAK-ın rəsmi tanıdığı nəşrlər siyahısına daxil edilib. Jurnalın çapa hazırlanması və nəşrində kafedra əməkdaşları, həmçinin fakültənin digər kafedralarının, BDU-nun digər fakültələrinin (Şərqşünaslıq, Kitabxanaşünaslıq və informasiya fakültələrinin), Respublikanın digər ali təhsil müəssisələrinin, AMEA-nın Tarix İnstitutunun və onun strukturlarının əməkdaşları da iştirak edirlər. Jurnal vasitəsilə beynəlxalq aləmlə əlaqələr yaradılmışdır. Kafedranın əməkdaşları fakültə və Universitet Elmi Şuralarının, fakültə metod şurasının, İxtisaslaşdırılmış Müdafiə Şuralarının üzvləridirlər.