ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ŞIXLİNSKİ ZAKİR BURZU OĞLU (1931-1986) Tarixçi

1931-ci ildə Ağdam rayonunda anadan olmuşdur. 1948-1953-cü illərdə ADU-unun Tarix fakültəsində təhsil almışdır. Həmin ildə Azərbaycan SSR-in Elm­lər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunun aspiranturasına daxil olmuşdur. 1956-1970-ci illərdə AEA-da işləmişdir. 1958-ci ildə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1970-ci ildən Azər­baycan Pedaqoji İnstitututun professoru seçilmişdir. 1971-1974-cü illərdə APİ-nin Sov.İKP Tarixi kafedrasının müdiri, 1974-1986-cı illərdə Bakı Dövlət Universitetinin Sov.İKP tarixinin müdiri olmuşdur. 1920-1930-cu illərdə Azərbaycan kəndində gedən sosial-siyasi proseslər ilə bağlı elmi problematika üzrə dəyərli tədqiqatlar aparmışdır. 70-ə yaxın elmi əsərin, 4 monoqrafiyanın müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 17 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

Bookmark and Share