ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

HƏVİLOV HƏVİL ABDULLA OĞLU (1938-2003) Tarixçi, etnoqraf

9 may 1938-ci ildə anadan olmuşdur. 1958-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1963-1966-cı illər ərzində Tapqaraqoyunlu kənd orta məktəbində müəllim, axşam məktəbinin direktoru vəzifəsində çalışmışdır. 1966-cı ildə Bakıya qayıtmış, aspiranturada əyani təhsilini davam etdirmişdir. 1969-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Həmin ildən Bakı Dövlət Universitetinin Ümumi tarix kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1976-cı ildən Arxeologiya və Etnoqrafiya kafedrasına keçmişdir. 1989-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1990-cı ildə professor vəzifəsinə seçilmişdir. 1992-ci ildən ömrünün sonuna qədər BDU-nun Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 5 iri həcmli monoqrafiya və dərsliyin, 50-dən artıq məqalənin, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur.

Bookmark and Share