ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

HƏSƏNOVA LƏTİFƏ LAZIM QIZI (1950) Tarixçi

28 noyabr 1950-ci ildə anadan olmuşdur. 1968-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1973-cü ildə təhsilini bitirərək həmin universitetin Azərbaycan tarixi kafedrasında aspiranturaya daxil olmuşdur. 1977-ci ilin yanvarından həmin kafedrada assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 1983-cü ildə namizədlik, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2012-ci ildə professor elmi adı almışdır. Elmi fəaliyyəti əsasən XIX əsr Azərbaycan tarixi və XX əsrin ikinci yarısı Azərbaycanın demoqrafiyası ilə bağlıdır. Müxtəlif elmi nəşrlərdə 50-dən çox əsər və məqalə çap etdirmişdir. Rəhbərliyi ilə 20-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 1 elmlər namizədi hazırlanmışdır. BDU-nun Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən D.02.161 Dissertasiya Şurasının və “Tarix və onun problemləri” nəzəri, elmi, metodik jurnalın Redaksiya Heyətinin üzvüdür.

Bookmark and Share