ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

HÜSEYNOV İSMAYIL ABBAS OĞLU (1910–1969) Tarixçi

1931-ci ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. 1933-1936-cı illərdə Moskvada Millətlər İnstitutunun aspiranturasında oxumuşdur. 1934-cü ilin yanvarından – 1941-ci ilin martına qədər SSRİ XKS-də redaktor-tərcüməçi, SSRİ EA-nın Maddi Mədəniyyət İnstitutunda elmi əməkdaş, V.İ.Lenin adına Ümumittifaq Dövlət Kitabxanasında elmi-məsləhətçi, SSRİ EA-nın Tarix İnstitutunun elmi işçisi vəzifələrində çalışmışdır. 30-cu illərdə ədəbi yaradıcılıqla da məşğul olmuş, bir neçə şeir kitabı nəşr etdirmişdir. 1941-ci ildə namizədlik dissertasiyası müdafiə etdikdən sonra Bakıya qayıdan İ.Hüseynov 1941-1942-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Tarix İnstitutunun direktoru işləmişdir. 1942-1944-cü illərdə Böyük Vətən müharibəsində iştirak etmiş və hərbi qəzet redaktorunun müavini olmuşdur. Doktorluq dissertasiyasını 1947-ci ildə Moskvada müdafiə etmişdir. O, tarix elmləri doktoru adını almış ilk azərbaycanlı idi. İ.Hüseynov 1949-cu ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1958-ci ildə həqiqi üzvü seçilmiş, 1969-cu ildə Azərbaycan SSR Əməkdar Elm xadimi fəxri adına layiq görülmüşdür. 1944-1958-ci illərdə Azərbaycan KP MK yanında Partiya tarixi İnstitutunda direktor müavini, 1958-1960-cı illərdə Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, ADU-da kafedra müdiri, prorektor vəzifələrində işləmişdir. 1960-1968-ci illərdə Azərbaycan SSR EA-nın İctimai elmlər bölməsinin akademik katibi olmuşdur. 1968-ci ilin fevralından ADU-nun SSRİ tarixi kafedrasında professor vəzifəsində çalışmışdır. Zaqafqaziyada sosializm quruculuğu, Azərbaycan sosializmin inkişafı məsələləri elmi fəaliyyətində mühüm yer tutmuşdur. Yük­sək ixtisaslı tarixçi kadrlar hazırlanmasında xidməti olmuşdur.

Bookmark and Share