ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

HÜSEYNOV MƏMMƏDƏLİ MURAD OĞLU (1922-1992) Arxeoloq-etnoqraf

2 aprel 1922-ci ildə anadan olmuşdur. 1937-1941-cil illərdə Qazax Pedaqoji Texnikumunda təhsil almışdır. 1941-1945-ci illərdə II Dünya müharibəsində iştirak etmişdir. 1951-cı ildə BDU-nun Tarix fakültəsini bitirmişdir. İlk elmi fəaliyyətinə Azərbaycan Tarix Muzeyində kiçik elmi işçi vəzifəsində başlamışdır. 1952-1958-ci illərdə muzeyin Arxeoloji fondunun rəhbəri işləmiş, 1956-cı ildən Paleolit arxeoloji ekspedisiyasına rəhbərlik etmiş, Qazax rayonunda Damcılı və Daşsalahlı paleolit düşərgələrini tapıb tədqiq etmişdir. 1960-cı ildən AEA-nın Tarix İnstitutunun yaratdığı Qarabağ paleolit ekspedisiyasına rəhbərlik etmiş, Azıx və Tağlar mağara düşərgələrini kəşf etmişdir. Qədim Daş dövrünün bütün inkişaf mərhələlərini əhatə edən Azıx mağarasının qədim sakini “azıxantropun“ öyrənilməsi istedadlı alimə dünya şöhrəti bəxş etmişdir. Azərbaycanın qədim daş dövrünə aid abidələrin üzə çıxarılması və öyrənilməsi bilavasitə onun adı ilə bağlıdır. 1960-cı ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını uğurla müdafiə etmiş, 1987-ci ildə professor elmi adına layiq görülmüşdür. Prof.M.M.Hüseynov görkəmli elm təşkilatçısı və istedadlı pedaqoq kimi də tanınmışdır. 1971-1994-cü illərdə AEA-nın Tarix İnstitutunda Daş dövrü arxeoloji şöbəsinin ilk müdiri, 1976-1992-ci illərdə Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya kafedrasına başçılıq etmişdir. Onlarca böyük həcmli monoqrafiyaların və dərs vəsaitlərinin, 100-dən çox məqalənin müəllifi olmuşdur. Onun təşəbbüsü və səyi ilə Tarix fakültəsində Arxeologiya və etnoqrafiya muzeyi yaradılmışdır. Muzey hazırda M.M.Hüseynovun adını daşıyır.

Bookmark and Share