ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ƏHMƏDOV OQTAY BƏŞİR OĞLU (1930-2011) Tarixçi

25 fevral 1930-cu ildə anadan olmuşdur. 1949-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur, 1954-cü ildə həmin fakültəni bitirmiş, 1953-cü ildən 1966-cı ilədək 5 №-li Bakı Tibb məktəbində tarix müəllimi vəzifəsində işləmişdir. 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına qəbul olunmuşdur. 1966-cı ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, 1983-cü ildə professor elmi adı almışdır. Bakı Dövlət Universitetində müəllim işlədiyi dövrdə Tarix fakültəsi üzrə Həmkarlar Təşkilatının sədri, Slavyan ölkələri tarixi kafedrasının müdiri və həmin kafedrada məsləhətçi-professor vəzifələrində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan Respublikasının meliorasiya və irriqasiya tarixinə həsr olunmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 100 elmi və publisistik məqalənin müəllifi olmuşdur. Rəhbərliyi ilə 50-dən çox magistr dissertasiyası yerinə yetirilmiş, 5 elmlər doktoru, 30 elmlər namizədi hazırlanmışdır.

Bookmark and Share