ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

HƏMİDOV ANAR BƏŞİR OĞLU

Bakı Dövlət Universitet, tarix fakültəsinin tutor

Tel: (+994 12) 5370486

QISA BİOQRAFİK MƏLUMAT

  • Həmidov Anar Bəşir oğlu 07 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur.
  • 1997-2008-ci illərdə Bakı şəhəri, Suraxanı rayonun B. Qulamoğlu adına 285 saylı tam orta məktəbdə təhsil almışdır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏSİ

  • 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix ixtisasının bakalavr pilləsi üzrə təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
  • 2012-2013-cü illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində hərbi qulluqda olmuşdur.
  • 2013-2015-ci illərdə Azərbaycanın yeni və ən yeni  tarixi ixtisas üzrə magistr elmi adı qazanmışdır.
  • 2015-ci il dekabr ayının 15-də BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının “Vətən tarixi” ixtisası üzrə əyani doktorantura pilləsinə qəbul olmuşdur.
  • 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Diplomatiya Akademiyasının birgə təşkil etdiyi “Tədqiqat metodları”na dair təlimdə iştirak edib. Təlimin sonunda “Tədqiqat metodları” fənninə dair məzun sertifikatı və Tədqiqat metodları” adlı kursun sertifikatı ilə təltif edilmişdir.
  • 8 elmi məqalənin (1-i xaricdə olmaqla) müəllifidir.

TƏDQİQAT SAHƏSİ

  • “Azərbaycan SSR-də yüksək ixtisaslı mütəxəsislərin hazırlanması və kadr siyasəti (XX əsrin 70-80-ci illərin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası üzərində tədqiqat aparır.

ƏMƏK FƏALİYYƏTİ

  • 2016-cı ildən BDU-nun Tarix fakültəsində əmək fəaliyyətinə başlamışdır.
  • BDU nəzdində təşkil olunmuş tyutor kursunu fərqlənmə sertifikatı ilə bitirib
  • 2016-cı ildən Tarix fakültəsinin “B” kateqoriyalı, II dərəcəli tyutoru vəzifəsində çalışır.
  • Azərbaycan tarixi (humanitar fakültələr üzrə) və Qafqaz xalqları tarixi kafedrasında “Azərbaycan tarixi”, Regionşünaslıq (Amerikaşünaslıq, Qafqazşünaslıq, Antropologiya, Tarix, Tarix müəllimliyi) ixtisasında, Tarix ixtisası üzrə isə “Qafqaz tarixi” fənlərini saathesabı qaydada tədris edir.
Bookmark and Share