1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) Memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini basa çatdırmağa imkan verməmişdir. 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İslər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almışdır. 1957-ci ildə ADU-nun Tarix fakültəsini bitirmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışaraq 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.
Heydər Əliyev Dövlət Təhlükəsizliyi Komitəsində fəaliyyəti dövründə bu mühüm strukturun azərbaycanlaşdırılması üçün öz xalqı qarşısında misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk illərdən mükəmməl iqtisadi inkişaf konsepsiyası hazırlamış, ənənəvi təsərrüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edilmiş, yeni-yeni istehsal sahələrinin, istiqamətlərinin əsası qoyulmuş, iqtisadiyyatın sənaye bazası genişləndirilmiş və müasirləşdirilmişdir. Nəticədə, Azərbaycanın iqtisadi potensialı güclənmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə idarəetmə mexanizmi və metodlarının təkmilləşdirilməsi, qanunçuluğa ciddi əməl edilməsi, əmək və ictimai-siyasi fəallığın artırılması, kənd təsərrüfatının inkişafı sahələrində yüksək göstəricilər əldə edilməklə yanaşı, azərbaycançılıq məfkurəsinin, milli ruhun, milli-mənəvi özünüdərkin, mədəniyyətin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, soykök əsasında millətdə müstəqil dövlətçilik ideyalarının güclənməsi və reallaşması üçün də çox mühüm işlər görülmüşdür.
Nəticədə, 1970-1980-ci illərin birinci yarısı respublikanın ictimai-iqtisadi və sosial-mədəni həyatında sürətli yüksəliş mərhələsi olmuş, müstəqil Azərbaycanın təməli qoyulmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ictimai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bütün sahələrində müstəqilliyə doğru böyük dönüş başlanmışdır.
Heydər Əliyev 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ rəhbərlərindən biri olmuşdur. İyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Heydər Əliyev SSRİ-nin ali rəhbərliyi tərkibində fəaliyyət göstərdiyi dövrdə xalq təsərrüfatına rəhbərliyin bütün sahələrində tükənməz dövlət idarəçiliyi istedadı nümayiş etdirmiş, xüsusilə elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına böyük qayğı göstərmişdir. Heydər Əliyev dövlətçilik fəaliyyətinin Moskva dövründə də həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız SSRİ məkanında deyil, həmçinin bütün dünyada tanınması üçün əlindən gələni etmişdir. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdaraq əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin il Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının nəticəsi olaraq ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının yekdil iradəsi və tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən rəsmən Bakıya dəvət edilmişdir. 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. Bununla, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü başlandı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əliyev oktyabrın 10-da andiçmə mərasimində xalqa müraciət edərək demişdir: «Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm».
Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti olmuşdur. Heydər Əliyev SSRİ dövründə Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüşdür. Həmçinin, xarici ölkələrin yüksək ordenlərinə, beynəlxalq mükafatlara, o cümlədən, Türkiyənin Sənaye və İş Adamları Vakfının 1997-ci ilin insan haqları və ilin dövlət adamı mükafatına, nüfuzlu televiziya kanallarından biri – «Nərgiz TV»nin apardığı rəy sorğusuna görə planetimizin siyasi xadimləri arasında «Dünyada ilin adamı» fəxri adına (1997), «İpək Yolu Fondu»nun təsis etdiyi «İpək yolu Xidmət Mükafatı»na (1998), Beynəlxalq Atatürk Sülh Mükafatına (1999), BDU-nun, həmçinin müxtəlif ölkələrin universitetlərinin Fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara, mükafatlara layiq görülmüşdür. Dövlətlərarası əlaqələrin inkişafında, regional münasibətlərin, siyasi sabitliyin tənzimlənməsində yorulmaz səylərinə görə Heydər Əliyev «Qızıl fortuna» Beynəlxalq Reytinq Təşkilatının ali mükafatı – «Qızıl Ulduz» ilə təltif olunmuşdur (2001).
Görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Tarix fakültəsini bitirərək tarixçi ixtisasına yiyələnmişdir. Zəngin, hərtərəfli və dərin tarixi biliyə malik olan Heydər Əliyev tarixin obyektiv araşdırılması, öyrədilməsi və təbliğ olunmasını daim diqqətdə saxlamış, metodoloji göstərişləHeydər Əliyevin XX əsrin tarixini araşdırması, onun ayrı-ayrı dövrlərinə, hadisələrinə, proseslərinə qiymət verməsi gələcəkdə həmin tarixin doğru-düzgün işıqlandırılması üçün çox qiymətli istiqamətverici elmi xəzinədir. 1997-ci il yanvarın 31-də Elmlər Akademiyasında, 2000-ci il fevralın 11-də BDU-nun 80 illik yubileyi münasibətilə ziyalılar və elm xadimləri ilə görüşləri zamanı tarix elmi qarşısında öyrənilməsi və xalqa çatdırılması, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunması üçün əhəmiyyətli, vacib olan tarixi məqamları və tarixi problemləri onlara vəzifə borcu olaraq xatırlatmış, Azərbaycan tarixinin yenidən obyektiv öyrənilməsinin, araşdırılmasının zəruri olduğunu əsaslandırmışdır: «...Tarixi təhrif etmək olmaz. Tarixdə hər şeyin öz yeri vardır. O nə sizdən, nə də heç kəsdən asılı deyildir. Tarix obyektiv bir prosesdir. Bu obyektiv prosesə təsir etmək, müəyyən vaxtlarda onu zəiflətmək, gücləndirmək, məcrasından çıxarmaq olar... Amma bu obyektiv prosesi dayandırmaq və ona ciddi təsir göstərmək mümkün deyildir. Bu, tarixdir»!ri və apardığı ümumiləşdirmələrlə tarix elminin inkişafına güclü təkan vermişdir. Onun nitqlərinə, xalqa müraciətlərinə, fərmanlarının mətninə diqqət yetirsək, XX əsrin sonu – XXI əsrin əvvəli Azərbaycan tarixinin hər səhifəsinə aid məlumatlarla tanış oluruq. Müxtəlif tarixi hadisələr, proseslər, görkəmli tarixi simalar barədə çıxışları, məruzələri, irəli sürdüyü dövrləşdirmələr, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası (1997, 18 dekabr) və soyqırımı (1998, 26 mart) haqqında fərmanları, «Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik» və «31 Mart – azərbaycanlıların soyqırımı günü» münasibətilə Azərbaycan xalqına müraciətləri bunun parlaq nümunələridir.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tarix elmi qarşısında müəyyən etdiyi konkret tələblər, qaldırdığı problemlər əsasında, Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən tədqiqinin proqram kimi əsas götürülməsi nəticəsində konkret problemlər üzrə elmi yeniliklər əldə edilmiş, Rusiyanın Qafqazı və Azərbaycanı işğal etməsi, xanlıqların tarixi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, görkəmli şəxsiyyətlərə obyektiv qiymət verilməsi üçün onların həyat və fəaliyyətləri yenidən tamamilə yeni yanaşma ilə, milli maraqlar əsasında və obyektiv araşdırılmışdır. Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair «Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası», o cümlədən arxiv sənədləri və fundamental nəşrlər çap olunmuşdur. 2003-cü ildə fəaliyyətə başlayan Ensiklopediyanın redaksiya heyəti Tarix fakültəsində yerləşmişdir. Fakültənin elmi potensialı respublikanın bütün elmi ictimaiyyəti birlikdə Heydər Əliyevin bu sərəncamını yüksək səviyyədə yerinə yetirmişlər.