ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

HACIYEV SANİ TOFİQ OĞLU (1964) Tarixçi

2 oktyabr 1964-cü ildə anadan olmuşdur. 1971-1981-ci illərdə orta məktəbdə təhsil almışdır. 1981-1986-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1986-cı ildə təyinatla Kəlbəcər rayonu 3 saylı orta məktəbə müəllim və­zi­fəsinə göndərilmişdir. 1988-ci ildən AEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, 1990-cı ildən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasına baş laborant təyin edil­mişdir. 1996-cı ildə namizədlik dissertasiyası müdafiə etmiş və həmin il müəllim keçirilmişdir. 2000-ci ildən dosent, 2000-ci ildən Tarix fakültəsinin dekan müavini, 2005-ci ildən dekanı vəzifələrində çalışmışdır. 2007-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru alimlik dərəcəsi almışdır. 2011-ci ildən BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorudur. Tədqiqat sahəsi “Müasir dövrdə Türkiyədə terrorizm” problemidir. Beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir. Elmi nəticələri “Ən yeni dövrdə Asiya və Afrika ölkələrində regional münaqişələr”, “I Dünya müharibəsindən sonra Asiya və Afrika ölkələrində milli-azadlıq hərəkatı” Türkiyə-Rusiya münasibətləri və erməni terroru “Müasir Türkiyədə terror” kitablarında əks etdirilmişdir. Türk və ingilis dillərində çap olunmuş 26 cildlik “Türklər” ensiklopediyasının (Ankara, 2002) müəlliflərindən biridir. BDU-nun Böyük Elmi Şuranın üzvü, BDU Tarix fakültəsi İxtisaslaşdırılmış Müdafiə Şurasının sədridir.

Bookmark and Share