FAKÜLTƏNİN DEKANI
Hacıyev Sani Tofiq oğlu
Tarix fakültəsinin dekanı, Asiya və Afrika ölkələri tarixi kafedrasının professoru, tarix elmləri doktoru
Telefon: +99412 439 10 68
E-mail: s.t.hacıyev@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
- 2 oktyabr, 1964-cü ildə Ermənistan Respublikası Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur.
- 1971-1981-ci illərdə Bakı ş. Nəsimi rayonu 19 saylı orta məktəbində təhsil almışdır.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1981-1986-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır.
- 1993-cü ildə həmin Universitetin əyani aspiranturasına gəbul olunmuş və 1996-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir.
- 1996-cı ildə “Birinci dünya müharibəsi illərində Türkiyə-Rusiya münasibətləri və erməni terroru” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsi almışdır.
- 2007-ci ildə “XX əsrdə Türkiyəyə qarşı erməni və PKK terroru” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 2008-ci ildə AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi almışdır.
ƏMƏK FƏALİYYƏTİ
- 1986-cı ildə BDU-nun Tarix fakültəsini bitirərək təyinatla Kəlbəcər rayonu 3 saylı orta məktəbinə müəllim vəzifəsinə təyin olunmuşdur.
- 1988-ci ildə, təyinat müddətini bitirdikdən sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunda baş laborant vəzifəsində çalışmışdır.
- 1990-cı ildən Bakı Dövlət Universiteti Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasında baş laborant işləmişdir.
- 1996-cı ildən həmin kafedrada müəllim, 2000-ci ildən isə dosent vəzifəsində calışır.
- 2000-ci ildən Tarix fakültəsinin dekan müavini, 2005-ci ildən isə dekan vəzifəsinə seçilmişdir.
TƏDQİQAT SAHƏSİ
- Müasir dövrdə Türkiyədə terrorizm
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
- Qafqaz, Yaxın və Orta Şərq dünya siyasətində: tarix və müasirlik // Beynəlxalq elmi-praktik konfrans. Maxaçqala, 2006
- Türk tarix qurumu. Beynəlxalq konfrans. Ankara 2007
- Azərbaycan Xalq Cümhuriyyətinin 91-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans. Nyu-York 2009
SEÇİLMİŞ ƏSƏRLƏRİ
- Ən yeni dövrdə Asiya və Afrika ölkələrində regional münaqişələr. Bakı, 2007
- I Dünya müharibəsindən sonra Asiya və Afrika ölkələrində milli azadlıq hərəkatı. Bakı, 2007
- Türkiyə tarixşünaslığında PKK probleminin incələnməsi üzərinə. Tarix türk qurumu. Ankara, 2007
- Yaxın və Orta Şərqdə separatçı terrorizm. Hədəf: Türkiyə və Azərbaycan // "Dirçəliş XXI əsr" jurnalı, 2004
- II Dünya müharibəsindən sonrakı dövrdə Türkiyədə kürdçülük hərəkatı // Bakı Universitetinin xəbərləri, 2004, №2
- XX əsrin 60-70-ci illərində Türkiyədə kürdçülük təşkilatları və marksizm-leninizm ideologiyası // Tarix və onun aktual problemləri, 2004, №2
- 1950-ci ildə Türkiyə-ABŞ münasibətləri. ADR-in yaranmasının 73-cü il dönümünə həsr edilmiş BDU gənc tarixçi tədqiqatçılarının elmi konfransının materialları. BDU, 1991
TƏDRIS-METODIKI IŞLƏRI
- Osmanlı dövləti. 1870-1918-ci illər. Bakı, 2002
MONNOQRAFİYALAR
- Türkiyə - Rusiya münasibətləri və erməni terroru. Bakı, 1998
- Müasir Türkiyədə terror. Bakı, 2005