ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

ELNUR ƏBİLOV

Əbilov Elnur Nəbi oğlu

QISA BİOQRAFİK MƏLUMAT

  • 1990-cı il iyulun 11-də Bakı şəhərində anadan olmuşdur.
  • 2007-ci ildə Bakı şəhəri 36 nömrəli tam orta məktəbi bitirmişdir

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 2007-2011-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsində bakalavr pilləsi üzrə təhsil almışdır.
  • 2012-2013-cü illərdə ordu sıralarında xidmət etmişdir
  • 2013-2014-ci illərdə təhsili ilə bağlı Almaniya Federativ Respublikasında olmuşdur.
  • 2016-2018-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Mənbəşünaslıq, Tarixşünaslıq və Metodika kafedrasında Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı ixtisası üzrə magistr təhsili almış, fərqlənmə ilə bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • 2015-ci ildən Bakı Dövlət Universiteti, Tarix fakültəsi, Tarix, Dil və Metodika mərkəzində laborant vəzifəsində çalışır.
  • Tarix fakültəsində Etnodemoqrafiya, Demoqrafiya, Mənbəşünaslıq fənlərindən məşğələlər aparır.
  • Universitetin ictimai həyatında fəal iştirak etdiyinə görə Rektorluq adından 04.05.2018 tarixli 2/216 nömrəli əmrlə təşəkkür məktubu almışdır.
  • 2015-ci ildən Yeni Azərbaycan Partiyasının fəal üzvüdür.

Seçilmiş Əsərlər

  • “1905-1907-ci illər türk-müsəlman soyqırımı mühacir tarixşünaslığında”, “1905-1907-ci illər türk-müsəlman soyqırımı milli azadlıq hərəkatının məntiqi nəticəsi kimi” adlı konfrans materiallarının müəllifidir
Bookmark and Share