ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

DOSTİYEV TARİX MEYRUT OĞLU (1955) Arxeoloq

23 mart 1955-ci ildə anadan olmuşdur. 1981-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1988-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmiş, 2006-cı ildən Orta əsrlər arxeologiyası şöbəsinin müdiridir. 1990-cı ildən Bakı Dövlət Universitetində çalışır, Azərbaycanın Maddi Mədəniyyət Tarixi ETL-da böyük elmi işçi, 2013-cü ildən Arxeologiya və etnoqrafiya kafedrasında baş müəllim vəzifəsində işləyir. Əsas tədqiqatları maddi-mədəniyyət tarixinə, İslam arxeologiyasına, Azər­bay­canın orta əsr şəhər və kəndlərinin sosial-iqtisadi və siyasi tarixi­nə, qədim və orta əsrlərdə urbanizasiya proseslərinin araşdırılmasına, orta əsr dekorativ-tətbiqi sənətlərinə həsr olunub. Şəmkir arxeoloji ekspe­disiyalarının rəhbəridir. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 200-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiya, 6 kollektiv kitabın müəllifidir. Çoxcildli Azərbaycan arxeologiyası əsərinin VI cildinin əsas müəllifi və məsul redaktorudur. Onun rəhbərliyi ilə 4 nəfər tarix üzrə fəlsəfə doktoru hazırlanmışdır. “Azərbaycan arxeo­lo­giyası” jurnalının baş redaktor müavinidir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdində fəaliyyət göstərən F/D.01.171 Dissertasiya Şurasının üzvüdür.

Bookmark and Share