ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

Dostiyev Tarix

DOSTİYEV TARİX MEYRUT OĞLU

Azərbaycanın arxeoloq alimi, tarix elmləri doktorudur.
dostiyev_tarikh@yahoo.com;dostiyev_tarikh@mail.ru

QISA BİOQRAFİK MƏLUMAT

  • Dostiyev Tarix Meyrut oğlu 1955-ci il martın 23-də Bakı şəhərinin Zabrat qəsəbəsində anadan olmuşdur.
  • 1981-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1981-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
  • 1988-ci ildə Moskva Dövlət Universitetinin nəzdindəki İxtisaslaşdırılmış Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri (IX-XIII əsrlər)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 2004-cü ildə isə Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Müdafiə Şurasında “Şimal-Şərqi Azərbaycan IX-XV əsrlərdə (tarixi-arxeoloji tədqiqat)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

  • Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləmişdir.
  • 1982-1984-cü illərdə Moskva Dövlət Universitetinin Arxeologiya kafedrasında təcrübəçi-tədqiqatçı olmuş, orta əsrlər arxeologiyası üzrə ixtisaslaşmışdır.
  • 1990-cı ildən Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq elmi tədqiqat mərkəzində çalışır.
  • Şabran, Quba-Xaçmaz arxeoloji ekspedisiyalarında fəal iştirak etmiş, Müşkür və Şəmkir arxeoloji ekspedisiyalarının rəhbəridir.
  • 3 monoqrafiya, 3 kataloq, 2 dərs vəsaiti, 190  elmi məqalənin müəllifidir.
  • Çoxcildli Azərbaycan arxeologiyası VI cildinin əsas müəllifi və cildin məsul redaktorudur.
  • 1990-2008-ci illərdə Bakı Dövlət Universitetində “Arxeologiyanın əsasları”, “Azərbaycanın arxeoloji landşaftları”, “Azərbaycan arxeologiyası” fənləri, “İslam arxeologiyası”, “Azərbaycanın orta əsrlər arxeologiyası”, “Azərbaycanın orta əsr maddi mədəniyyəti” seçmə fənləri üzrə mühazirələr oxuyub, “Arxeologiyanın əsasları”, “Azərbaycan arxeologiyası” fənləri, “Köməkçi tarix fənləri” üzrə proqramlar tərtib edib.
  • Azərbaycanşünaslar Müstəqil Birliyinin sədrinin birinci müavini, “Azərbaycan arxeologiyası ” jurnalının baş redaktor müavinidir.

TƏDQİQAT SAHƏSİ

  • Əsas tədqiqatları maddi mədəniyyət tarixinə, Azərbaycanın orta əsr şəhər və kəndlərinin sosial-iqtisadi və siyasi tarixinə həsr olunmuşdur.
  • 1981-ci ildən orta əsr arxeoloji abidələrinin çöl tədqiqatlarında iştirak edir.
  • Arxeologiya fənni üzrə lüğətin hazırlanması
  • Azərbaycanın ənənəvi məişət və mədəniyyətinə dair izahlı arxeoloji lüğətinin tərtibi üzrə elmi tədqiqat işi davam etdirilib, “Qayaüstü rəsmlər, geyim və bəzəklər” mövzusu üzrə lüğət tərtib olunub. Məlum olduğu kimi Azərbaycan qayaüstü rəsmlərin aşkarlanıb tədqiq olunduğu 78 ölkədən biridir. Qobustan, Abşeron, Kəlbəcər, Gəmiqaya qayaüstü rəsmlərinin araşdırılması və elmi ədəbiyyata daxil edilməsi arxeologiyanın bu sahəsi üzrə azərbaycan dilində bir sıra istilahların yaranması ilə əlamətdar olmuşdur. Lüğətdə həmin terminlərin izahına geniş yer verilmişdir.
  • Azərbaycanın orta əsr şəhərləri Mərhələ I. Orta əsr şəhərlərinin öyrənilmə tarixi və topoqrafiyası

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Azərbaycanda, Rusiya Federasiyasında, Gürcüstanda, Qırğızstanda, Türkmənistanda, Türkiyə və İranda keçirilən beynəlxalq elmi konqres, konfrans və simpoziumlarda məruzələrlə Azərbaycan arxeologiya elmini təmsil etmişdir.
  • İslam dövrü mülki monumental memarlığı Azərbaycanın arxeoloji irsində. // Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr. Elmi – praktik konfrans. Tezislər toplusu. Bakı, Elm və Təhsil, 2015, s. 13-15
  • “Arxeoloji irs və onun bəzi məsələləri”// “Qarabağın arxeoloji irsi” Beynəlxalq Elmi konfrans, Bakı. 28-30 noyabr 2016-cı il

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Cредневековые археологические памятники Северо – Восточного Азербайджана (IX – середина XIII в.). Баку, 1999
  • Şimal-Şərqi Azərbaycan IX -XV əsrlərdə. Bakı, 2001; Azərbaycan arxeologiyası. VI cild. Bakı, 2008(müştərək)
  • Köməkçi tarixi fənlər. Bakı, 2001(müştərək)
  • .Professor C.Ə.Xəlilov və Azərbaycanın orta əsr arxeoloji abidələrinin tədqiqində onun rolu. // Azərbaycan arxeologiyası, 2014, №1, s. 42-48.
  • IV. Uluslararası Türk Kültürü Kurultayı. Fethiye. 21-24 mart 2013. // Azərbaycan arxeologiyası, 2014, №2, s. 111-112
  • Ortaçağ Azerbaycan şehirlerinin savunma istehkamları. // İrs,Miras, 2014, (ilkbahar) №9, s. 4-9.
  • О косторезном ремесле Азербайджана в IX-X вв.// Вестник Бакинского Университета, 2014, №2, с. 59-64.
  • О косторезном ремесле Азербайджана в IX-X вв.// Вестник Бакинского Университета, 2014, №2, с. 59-64.
  • Azərbaycanın orta əsr paytaxt şəhərləri (arxeoloji materiallar əsasında). // Azərbaycan paytaxtları. Elmi-praktik konfrans. Tezislər toplusu. Bakı, “Elm və təhsil”, 2014, s. 16-19.
  • Azərbaycan arxeoloji irsinə qarşı erməni terroru. //31 mart azərbaycanlıların soyqırımı günüdür (elmi-praktik seminar). Tezislər toplusu. Bakı, 2014, s.14
  • Орен-кала. // Больщая Российская Энциклопедия. T. 24. Moskva, İzd-vo «Больщая Российская Энциклопедия», 2014, c. 399
  • Professor Qüdrət Seyfulla oğlu İsmayılzadənin anadan olmasının 80 illiyinə. // Azərbaycan arxeologiyası və etnoqrafiyasının aktual problemləri. Bakı, Bakı universitetinin nəşr., 2014, s. 9-22
  • Orta əsr Şəmkir şəhərinin marqans naxışlı şirli saxsı qabları. // Azərbaycan arxeologiyası, 2014, №2, s. 59-66
  • Orta əsr Şəmkir şəhərinin abadlığı arxeoloji qazıntılar işığında. // Bakı Universitetinin Xəbərləri, 2015, № 1, s.89-96
  • Şəmkir şəhər yerindən tapılmış “minai” tipli fayans qablar. // Azərbaycan arxeologiyası, 2015, №1, s. 82-92
  • İslam dövrü mülki monumental memarlığı Azərbaycanın arxeoloji irsində. // Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr. Elmi – praktik konfrans. Məqalələr toplusu. Bakı, Elm və Təhsil, 2015, s. s.60-70.
  • Azərbaycanın orta əsr şəhərləri seçmə fənni üzrə proqram. Bakı, 2015, s. 14.
  • İslam dövrü mülki monumental memarlığı Azərbaycanın arxeoloji irsində”// “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin oktyabr 2015-ci ildə keçirdiyi “Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr” mövzusunda elmi-praktik konfrans tezislər
  • Orta əsr Şəmkir şəhərinin basma naxışlı bədii keramikasının bəzi nümunələri // Azərbaycan arxeologiyası, 2015, №2, s. 47-57.
  • Orta əsr Şəmkir şəhərinin anqob naxışlı yaşıl şirli keramikası// Azərbaycan arxeologiyası və etnoqrafiyası, 2015, №2 113-124
  • Orta əsr Şəmkir şəhərində tolerantlıq// Dövlət və Din, 2016,№5, s.53-58.
  • Zərnaxışlı keramikanın bəzi nümunələri// Mədəniyyət.az, 2016, №11, 75-77
  • Şəmkir şəhərinin səlcuq dövrü bədii keramikasının bəzi nümunələri // BDU-nun Xəbərləri, 2016, N1, səh. 84-91
  • Azərbaycanın orta əsr şəhərləri (IX-XIII əsrin əvvəlləri). Dərs vəsaiti. Bakı: “Elm və təhsil”, 2016, 200 səh.
Bookmark and Share