ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

DADAŞOV ƏMRAH NEMƏT OĞLU (1939) Tarixçi

29 iyun 1939-cu ildə anadan olmuşdur. 1960-1963-cü illərdə ordu sıralarında xidmət etmiş, 1963-1966-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni maarif şöbəsində oxumuş, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Bir il istehsalatda işlədikdən sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, oranı 1973-cü ildə bitirmişdir. Universitetdə təhsil almaqla eyni vaxtda universitetin hərbi şöbəsində, Tarix fakültəsinin Ümumi tarix kafedrasında laborant vəzifəsində işləmişdir. Bu müddət ərzində laborant vəzifəsindən professor vəzifəsinədək yüksəlmişdir. 1986-cı ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 2006-cı ildə professor elmi adı almışdır. 100-dən çox elmi məqaləsi, monoqrafiyası, dərs vəsaiti, o cümlədən bakalavr və magistr pillələri üçün proqramları, metodik vəsait və metodik göstərişi çap edilmişdir. Tarix fakültəsinin Elmi Şurasının katibi, fakültənin Qiyabi şöbə üzrə dekan müavini, fakültə Azad Həmkarlar Təşkilatının sədri, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Dissertasiya Şurasının üzvüdür.

Bookmark and Share