ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

CƏFƏRZADƏ İSAQ MƏMMƏDRZA OĞLU (1895-1982) Arxeoloq, etnoqraf

1895-ci ildə Gəncədə anadan olmuşdur. İbtidai təh­si­lini mədrəsədə almış, 1910-1916-cı illərdə altıillik şəhər məktəbində, 1924-1927-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində, 1927-1930-cu illərdə ADU-nun Şərq fakültəsində təhsil almışdır. Tələbə olduğu müddətdə ADU-nun Fəhlə fakültəsində pedaqoji fəaliyyətlə məşğul olur. 1925-ci ildən Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyətinin, Azərbaycanın Qədim Abidələrinin Mühafizə Komitəsinin üzvü, 1926-cı ildən Azərbaycan Dövlət Muzeyinin elmi əməkdaşı olmuşdur. 1933-cü ildən Azərbaycan SSR EA Tarix İnstitutunda işləmiş, 1938-1964-cü illərdə Arxeologiya şöbəsinə başçılıq etmişdir. 1952-1953-cü illərdə Azərbaycan Tarix muzeyinin direktoru olmuşdur. 1944-cü ildə namizədli dissertasiyası müdafiə etmişdir.1965-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Xocalı, Qızılvəng, Çovdar, Yaloylutəpə (1924-1926), Örənqala (1934) Gən­cə (1938-1940), Abşeron, Səbayıl, Qobustan (1939-1950), və digər arxeoloji-etnoqrafik təcrübələrdə iştirak etmiş, arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olmuşdur. Azərbaycan ərazisində 70 dən çox maddi mədəniyyət abidəsi aşkara çıxarmışdır. Qobustan qaya təsvirlərinin tədqiqi və öyrənilməsi İ.Cəfərzadənin adı ilə bağlıdır. Azərbaycan ərazisində qədim dövrdə yaşamış qəbilə və tayfaların adət-ənənələrini, həyat tərzini, məşğuliyyətini tədqiq etmişdir. Azərbaycanda arxeologiya və etnoqrafiyanın inkişafında, arxeoloq kadrlarının hazırlanmasında böyük xidmətləri var. Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.

Bookmark and Share