ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İBRAHİMOV ZÜLFƏLİ İMAMƏLİ OĞLU (1910-1972) Tarixçi

25 dekabr 1910-cu ildə Cənubi Azərbaycanın Sərab şəhərində anadan olmuşdur. 1924-cü ildə ailəsi ilə birgə Bakıya köçmüş və burada təhsil almışdır. 1935-ci ildə Ümumittifaq Jurnalistlər İnstitutunu bitirib Bakıda bir sıra qəzet redaksiyalarında məsul vəzifələrdə çalışmışdır. 1936/37-ci dərs ilindən pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının təşkili də onun adı ilə bağlıdır. Kafedranın ilk müdiri təyin edilmişdir. 1941-ci ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1950-ci ildə professor elmi adı almışdır. 1959-cu ildə AEA-nın müxbir üzvü seçilmişdir. 1941-1942-ci illərdə Urmiya şəhərində Zaqafqaziya cəbhəsi 15-ci Qafqaz korpusunun 23-cü diviziyasında “Qızıl Əsgər” qəzetinin məsul redaktoru işləmişdir. 1948-ci ildə ADU-nun Tarix fakültəsinin dekanı seçilmişdir. 1960-cı ilə kimi universitetdə həm kafedra müdiri, həm də Azərbaycan tarixi və SSRİ tarixi kafedralarının professoru vəzifələrində çalışmışdır. 1960-1967-ci illərdə AEA-nın Tarix İnstitutunun direktoru, 1967-1972-ci illərdə Universitetin Azər­baycan tarixi kafedrasının müdiri vəzifələrində işləmişdir. Elmi rəhbərliyi ilə 80-ə qədər namizədlik və doktorluq dissertasiyaları mü­­dafiə edilmişdir. AEA-nın nəzdində Elmi Əlaqələndirmə Şurasının sədri, İctimai elmlər üzrə birləşmiş redaksiya-nəşriyyat Şurasının, İctimai elmlər üzrə birləşmiş müdafiə elmi şurasının, tarix bölməsi üzrə müdafiə Elmi Şurasının, BDU-nun və Tarix fakültəsi Elmi Şuralarının üzvü olmuşdur. 300-ə qədər elmi məqalə və əsərlərin müəllifidir. “Oktyabr inqilabı”, “Şə­rəf nişanı” ordeni, bir çox medallar və fəxri fərmanlarla təltif olunmuş, Azər­baycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Bookmark and Share