ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İBRAHİMLİ FƏZAİL FEYRUZ OĞLU (1951) Tarixçi

12 aprel 1951-ci ildə anadan olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsində təhsil almışdır. 1979-1982-ci illərdə BDU-nun tarix ixtisası üzrə əyani aspiranturasında təhsil almış, 1986-cı ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və tarix elmləri doktoru elmi adı almışdır. 1982-ci ildə BDU-da müəllim vəzifəsini tutmuş, 1982-ci ildən 1989-cu ilədək Sov.İKP tarixi kafedrasında, 1989-1999-cu illərdə Siyasi tarix kafedrasında işləmişdir. 2000-ci ildən bu günədək Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında professor vəzifəsində çalışır. BDU-nun Tarix fakültəsinin Elmi Şurasının üzvüdür. 60 adda elmi məqalənin, 2 monoqrafiyanın və 2 kitabın müəllifidir, o cümlədən “Siyasi tarix”, “Azərbaycan tarixi” üzrə 3 proqramı nəşr edilmişdir. I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Bookmark and Share