ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BÜNYADOVA ŞİRİN TEYMUR QIZI (1963) Tarixçi-etnoqraf

16 mart 1963-cü ildə anadan olmuşdur. 1979-1984-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra AEA-nın Tarix İnstitutunun aspirantura şöbəsinə (əyani) daxil olmuşdur. 1987-ci ildən “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsinin əməkdaşı kimi fəaliyyət göstərmişdir. 1991-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1992-1997-ci illər ərzində 44 saylı orta məktəbdə, 1996-1998-ci illərdə “Təfəkkür” Universitetində müəllimə işləmişdir. 2009-cu ildən BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının professorudur. Yerli və xarici elmi nəşrlərdə məqalələr dərc etdirmişdir. Altı kitab və onlarla məqalənin müəllifidir. Rəhbərliyi ilə 10-dan çox magistr dissertasiyası yerinə yetirilmişdir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvüdür.

Bookmark and Share