ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

BAYRAMOV QURBAN MƏMMƏD OĞLU (1934-2004) Tarixçi

17 sentyabr 1934-cü ildə anadan olmuşdur. 1948-ci ildə İrəvan Pedaqoji Texnikumuna daxil olmuşdur. 1952-ci ildə Xanlar rayonunda Pedaqoji texnikumu bitirmişdir. 1952-1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1959-1962-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının aspirantı olmuşdur. 1962-1972-ci illərdə AEA-nın Tarix İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir. 1975-1988-ci illərdə Bakı Dövlət Universitetinin Partiya Komitəsinin katibi seçilmişdir. 1991-ci ildən Azərbaycanın yeni və ən yeni tarixi kafedrasının müdiri vəzifəsində işləmişdir. 1965-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. “Azərbaycan Demokratik Respublikası”, “Tarixi həqiqətlər”, “Azərbaycan parlamenti”, “Azərbaycanın 1917-1920-ci illər tarixi və onun tədrisi (yeni təfəkkür tərzi və yeni baxış”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Heydər Əliyev və Azərbaycan tarix elmi”, “Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında” və s. monoqrafiya və məqalələrin müəllifi olmuşdur. “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin və Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı almışdır.

Bookmark and Share