AZƏRBAYCANŞÜNASLIQ ELMI TƏDQIQAT MƏRKƏZI
2001-ci sentyabrın 11-də Tarix fakültəsinin nəzdində yaradılmışdır.
MƏRKƏZIN ELMİ RƏHBƏRI:
Mərkəzə 2005-cü ilə qədər əməkdar elm xadimi, AMEA-nün müxbir üzvü Yaqub Mahmudov rəhbərlik etmişdir. Hazirda Mərkəzə və "Dünya azərbaycanlıları" bölməsinə rəhbərlik Elmi işlər üzrə dekan müavini prof.R.C.Süleymanova həvalə edilmişdir.
MƏRKƏZIN MƏQSƏDİ:
- Azərbaycanın tarixi keçmişini, ayrı-ayrı tarixi dövrlərdə Azərbaycan xalqının həyatında baş verən demoqrafik dəyişiklikləri, o cümlədən zorakı köçürmələri, həmçinin işğal olunmuş Azərbaycan torpaqlarında baş vermiş etno-demoqrafik proseslər, habelə sosial-siyasi və mədəni həyatın digər aktual problemlərini məqsədyönlü surətdə araşdırmaq, zəngin informasiya xəzinəsi yaratmaq, ayrı-ayrı konkret məsələlər barədə beynəlxalq meydanda çevik informasiya yayımı fəaliyyəti göstərmək, həmçinin bütün bu sahələr üzrə müasir səviyyədə yüksək ixtisaslı kadr hazırlığı işini həyata keçirmək; Azərbaycanın qədim və zəngin maddi-mədəniyyət tarixinin arxeoloji və etnoqrafik baxımdan elmi əsaslarla tədqiq etmək.
MƏRKƏZIN ELMİ FƏALİYYƏTİ:
- Azərbaycan əhalisinin etnik tərkibinə mühüm təsir göstərən Rusiya imperiyasının Azərbaycana köçürmə siyasəti; İrəvan bölgəsinin, Naxçıvan, Quba xanlıqlarının, Dərbəndin əhalisi; Şimal-Qərbi Azərbaycanın əhalisi; etnik proseslər, xarici ölkələrdəki Azərbaycan diasporu, azsaylı etnosların Azərbaycan tarixində tutduğu yer və digər mövzular üzərində elmi tədqiqatlat aparılır. Elmi tədqiqat istiqamətinə görə respublikada yeganə tədqiqat mərkəzidir.
MƏRKƏZIN ƏSAS NƏŞRLƏRİ:
- Lətifova E. Şimal-Qərbi Azərbaycan: İlisu suiltanlığı. B., 1999.
- Mustafayev A. Azərbaycanda sənətkarlıq. B., 1999.
- Dostuyev T. Şimal-Şərqi Azərbaycanın orta əsr arxeoloji abidələri. B., 1999.
- Вердиева Х. Переселенчесская политика Российской империи в Северном Азербайджане. Б., 1999.
- Cavadova Z. Şimal-Qərbi Azərbaycanın əhali tarixi və tarixi-demoqrafiyası (XIX əsrin əvvəlləri - 70-ci illər). B., 2002.
- Şükürov K. Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları. B., 2004.
- İbişov S. Quba xanlığının əhalisi (tarixi demoqrafik tədqiqat). B., 2004.
- Quliyev N. Naxçıvan xanlığının əhalisi (tarixi demoqrafik tədqiqat). B., 2007.
Mərkəzin ünvanı
Akademik Zahid Xəlilov küçəsi: 23 , Index AZ 1148 , BDU 3-cü tədris binası; Tarix Fakültəsi.