ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

MƏNBƏŞÜNASLIQ, TARİXŞÜNASLIQ VƏ METODİKA

Mənbəşünaslıq, tarixşünaslıq və metodika.

Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrası 1980-ci ildə təşkil edilmişdir. Kafedra 1991-ci ildə SSRİ-nin süqutundan sonra öz tədqiqat istiqamətində ciddi dəyişikliklər etmişdir. Qısa müddət ərzində tədris olunan fənlərin hamısının proqramları nəşr olunmuş və dərsliklərin yazılması istiqamətində ciddi işlərə başlanmışdır. Belə ki, "Tarixşünaslıq", "Mənbəşünaslıq", "Tarixin tədrisi metodikası", "Tarixi coğrafiya", "Tarixi demoqrafiya", " Qafqaz tarixinin mənbəşünaslığı", "Qafqaz tarixinin tarixşünaslığı", "ABŞ tarixinin mənbəşünaslığı" "ABŞ tarixinin tarixşünaslığı", " Qafqazın tarixi coğrafiyası", " Arxivşünaslıq", " Tarixi tədqiqatların metodları", " Humanitar tədqiqatların metodları", " Humanitar elmlərin riyazi metodları", " Etnodemoqrafiya", " Ümumi təhsil kurikulumunun əsasları" və ixtisas kursu  üzrə dərsliklərin əksəriyyəti  nəşr olunmuşdur.

Kafedra müəllimlərinin elmi pedaqoji tərkibi:

 

Tədris olunan fənlər

"Tarixşünaslıq", "Mənbəşünaslıq", "Tarixin tədrisi metodikası", "Tarixi coğrafiya", "Tarixi demoqrafiya", " Qafqaz tarixinin mənbəşünaslığı", "Qafqaz tarixinin tarixşünaslığı", "ABŞ tarixinin mənbəşünaslığı" "ABŞ tarixinin tarixşünaslığı", " Qafqazın tarixi coğrafiyası", " Arxivşünaslıq", " Tarixi tədqiqatların metodları", " Humanitar tədqiqatların metodları", " Humanitar elmlərin riyazi metodları", " Etnodemoqrafiya", " Ümumi təhsil kurikulumunun əsasları" və ixtisas kursu

Kafedranın elmi istiqamətləri

Kafedranın elmi-tədqiqat işinin əsas istiqamətini XX əsr Azərbaycan tarixinin tarixşünaslığı və mənbəşünaslığı problemləri və Azərbaycan tarixi tədqiqatlarının metodoloji problemləri təşkil edir. Bu sahədə bir sıra tədqiqat əsərləri nəşr olunmuşdur. XX əsrin əvvəllərində daşnak-bolşevik birləşmələri tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixşünaslığı, Azərbaycan Xalq Cümhuriyyətinin tarixşünaslığı, Şimalı Azərbaycanın çar Rusiyası tərəfindən işğalı tarixşünaslığı, Azərbaycanda bolşevik rejiminin tarixşünaslığı problemləri ilk dəfə monoqrafiya şəklində nəşr olunmuşdur.

 

Bookmark and Share