ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

11-12 fevral, 1920-ci ildə - Azərbaycan kommunistlərinin I qurultay keçirlib

1920 –Azərbaycan kommunist təşkilatlarının birinci qurultayı 11-12 fevral 1920-ci ildə gizli olaraq Bakıda, Fəhlə klubunda keçirilmişdi ( Fəhlə klubu indiki Sabir bağında yerləşirdi). 4 min kommunistləri təmsil edən 120 nümayəndə qurultayda iştirak etmişdir. Birinci qurultay təşkilatı məsələ üzrə D.X.Bünyadzadənim və Y.Q. Yeqorovun məruzələrini dinləyərək qətnamə qəbul etdi. Qətnamədə deyilirdi: “Yerli şəraiti və kommunizm uğrunda birgə mübarizə aparmaq məqsədi ilə, qurultay taktiki baxımdan bütün kommunist partiyaları Azərbaycan Kommunist (bolşeviklər) Partiyası adı altında birləşməyi zəruri hesab edir.” (Azərbaycan Kommunist Kommunist Partiyası, Qərarlar, qətnamələr, Qurultay və plenum qərarlarında, MK c.1 cəh.11) Bakı fəhlə klubunda Azərbaycan kommunistlərinin I qurultayı başa çatıb. Qurultayda fəhlə və kəndliləri Müsavat hökumətinə qarşı çıxışlara hazırlamaq qərara alınıb.

Bookmark and Share