ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

AXUNDOVA NƏRGİZ ÇİNGİZ QIZI (1959) Şərqşünas, tarixçi

1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1981-ci ildə Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir. 1981-1983-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində ərəb dili müəllimi işləmiş, 1983-1986-cı illərdə Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasında aspiranturada təhsil almışdır. 1987-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə professor, 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. AMEA-nın müxbir üzvü N.Ç.Axundova 1987-2011-ci illərdə BDU Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2011-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun baş elmi işçisidir. 100-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın, 1 dərs vəsaiti, 4 dərsliyin müəllifidir.

Bookmark and Share