ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

ATAKİŞİYEV ASLAN MƏCİD OĞLU (1930-2011) Tarixçi

10 aprel 1930-cu ildə anadan olmuşdur. 1947-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1952-1953-cü ildə BDU-nun Sov.İKP tarixi kafedrasına aspirant qəbul edilmişdir. Əmək fəaliyyətinə 1953-cü ildə BDU-nun SSRİ tarixi kafedrasında başlamış, müəllim, baş müəllim, dosent və 1971-ci ildən professor vəzifələrində çalışmışdır. 1971-ci ildən 1994-ci ilə qədər SSRİ tarixi kafedrasının müdiri, sonralar isə BDU-nun Türk və Qafqaz xalqları tarixi, daha sonra Türk xalqları tarixi kafedrasının professoru vəzifələrində çalışmışdır. Elmi fəaliyyəti Azərbaycan xalqının XX əsr mədəniyyəti tarixini tədqiq etməkdən ibarət olmuşdur. 1957-ci ildə namizədlik, 1971-ci doktorluq dissertasiyası müdafiə etmişdir. Prof. A.M.Atakişiyevin rəhbərliyi ilə 54 elmlər namizədi və 4 elmlər doktoru hazırlanmışdır. 100-dən çox elmlər namizədi və elmlər doktorunun rəsmi opponenti olmuşdur. 50-dən çox elmi məqalə və 9 monoqrafiya çap etdirmişdir. Respublikanın və universitetin elmi həyatında fəal iştirak etmiş, dəfələrlə universitetin, Elmlər Akademiyasının Tarix İnstitutunun, Pedaqoji İnstitutun, SSRİ Ali Təhsil Nazirliyinin və Azərbaycan Təhsil Nazirliyinin metodiki şuralarının üzvü olmuşdur. “Əmək Veteranı” medalı, Əməkdar elm xadimi fəxri adı ilə təltif olunmuşdur.

Bookmark and Share