Kafedra 1922-ci ildə Şərq fakültəsi tərkibində Arxeologiya, numizmatika, etnologiya və etnoqrafiya kafedrası adı ilə fəaliyyətə başlamışdır. 1947-ci ildən Tarix fakültəsi nəzdində Arxeologiya kafedrası açılmış, lakin 1950-ci illərin sonunda bağlanmış və Ümumi tarix kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 1976-cı ildən Arxeologiya və etnoqrafiya kafedrası adı ilə müstəqil surətdə fəaliyyətini davam etdirir.
Müxtəlif illərdə kafedrada Yevgeni Paxomov, Məmmədəli Hüseynov, İsaq Cəfərzadə, Cabbar Xəlilov, Məşədixanım Nemətova, Həvil Həvilov, Adil Sadıxov, Nəsimi Quliyev və başqa tanınmış arxeoloq və etnoqraflar dərs demişlər. Kafedraya 1976-1992-ci illər də dünyada nadir tapıntılardan biri olan azıxantropu kəşf etmiş məşhur alim, prof. Məmmədəli Hüseynov, 1992-2003-cü illərdə prof. Həvil Həvilov rəhbərlik etmişlər. 2004-2019 cü illərdə kafedra müdiri olub prof. Qüdrət İsmayılzadədir. Hal hazırda kafedrasının müdiri dosent Məmmədov Kərəm Hətəm
Prof. Q.S.İsmayılzadə Azərbaycanda tunc dövrü mədəniyyətinin inkişaf mərhələləri və xüsusiyyətləri mövzusunda elmi tədqiqatlar aparır. Azərbaycan ərazisində bir sıra tarixi abidələrin kəşfi və öyrənilməsi alimin adı ilə bağlıdır. 250-yə yaxın elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, 5 dərs vəsaitinin müəllifidir. 1970-ci ildən Tarix fakültəsində Qədim dünya tarixi və Arxeologiya fənlərini tədris edir. 1984-cü ildə professor seçilmişdir.
Hazırda kafedrada professorlar Q.S.İsmayılzadə, Şirin Bünyadova, baş müəllim elmlər doktoru Tarix Dostiyev, dosentlər Faiq Əliyev, İradə Avşarova, Kərəm Məmmədov, baş müəllimlər t.f.d. Rəna İbrahimova, t.f.d. Qənirə Pirquliyeva, Asif Bayramov, Adil Abdullayev, müəllimlər Əmanət Əsədova, Fəxriyyə Həvilova və 2 tədris-köməkçi heyət üzvü – t.f.d. Hicran Mahmudova, Ağamir Yusifov fəaliyyət göstərir.
Kafedranın əməkdaşları son illərdə arxeologiya və etnoqrafiyanın müxtəlif problemləri üzərində elmi-tədqiqatlarını davam etdirmişlər: Azərbaycan və Qədim Şərq dünyası; Azərbaycanın epik abidələrinin öyrənilməsi; Azərbaycanın tunc dövrü mədəniyyəti və incəsənəti; Qafqaz xalqlarının etnoqrafiyası və antropologiyası; Azərbaycan etnoqrafiyası; Azərbaycanın xalq ədəbiyyatında ailə məişəti; Azərbaycanlıların ənənəvi davranış mədəniyyəti.
Fakültədə fəaliyyət göstərən arxeoloq və etnoqrafların bir sıra monoqrafiyaları, dərslikləri və dərs vəsaitləri çap olunmuşdur. Onların içərisində M.M.Hüseynovun «Azıx mağarasının sirri»; H.A.Həvilovun «Azərbaycan etnoqrafiyası» və «Dünya xalqlarının etnoqrafiyası»; Q.S.İsmayılzadənin «Azərbaycan Qafqazın erkən tunc dövrü mədəni sistemində», «Abidələr, xatirələr, düşüncələr»; «Quruçay və Köndələnçay hövzəsində qədim mədəniyyət izləri», «Arxeoloqun çöl gündəliyindən», «Qızılburun nekropolu»; K.H.Məmmədovun «Antropologiyanın əsasları», «Qafqaz xalqlarının etnoqrafiyası»; Q.Ə.Pirquliyevanın «Numizmatikanın əsasları» İ.N.Avşarovanın və Q.Ə.Pirquliyevanın «Qafqaz arxeologiyası» dərsliklərini; İ.N.Avşarovanın «Xocalı-Gədəbəy mədəniyyəti tayfalarının bədii tunc məmulatı (e.ə. XIV-VII əsrlər)» adlı monoqrafiyalarını xüsusi qeyd etmək lazımdır.
Kafedra üzrə bakalavriatura pilləsində aşağıdakı (Tarix,Tarix müəllimliyi, Regionşünaslıq (Qafqazşünaslıq), Regionşünaslıq (Amerikaşünaslıq), Antropologiya ixtisaslar üzrə) fənnlər tədris olunur:
Arxeologiya,
Etnoqrafiya,
Antropologiya,
Numizmatika,
Epiqrafika,
Qafqaz etnoqrafiyası,
Qafqaz arxeologiyası,
Qafqaz xalqlarının etnpsixologiyası,
ABŞ etnoqrafiya,
ABŞ arxeologiyası,
ABŞ etnopsixologiyası,
Antropologiyaya giriş,
Antropogenez,
Etnologiya,
Mədəni antropologiya,
Antropometriya,
İqtisadi antropologya,
Sosial antropologiya,
Sosial və mədəni antropologiya tarixi,
İrqşünaslıq,
Hüquqi antropologiya,
Antropologiyanın müasir problemləri,
Maddi mədəniyyət tarixi,
Müasir dünyada etnik proseslər
Magistratura pilləsində tədris edilən ixtisaslaşmalar:
ARXEOLOGİYA VƏ ETNOQRAFİYA – ixtisası üzrə - Azərbaycan arxeologiyası, Azərbaycan arxeologiyasında ilkin əkinçilik mədəniyyətləri, Azərbaycan etnoqrafiyası, Azərbaycan etnoqrafiyası və onun mənbəşünaslığı, Azərbaycanda islamaqədərki dini inanclar, Azərbaycan numizmatikası, Etnoqrafiyada ailə məişəti
ETNOLOGİYA – ixtisası üzrə - Azərbaycan etnologiya elminin müasir problemləri, Qafqaz antropologiyası və etnologiya, Etnodemoqrafiya və əhalinin yerdəyişmə problemləri, Etnologiya və Azərbaycanın mədəni irsində onun yeri, Etnologiya və Etnos anlayışları, Müasir etnik proseslər, Etnologiya elmi və onun xüsusiyyətləri.
ANTROPOLOGİYA - ixtisası üzrə- İnsanın yaranması problemi, Bioloji antropogiya, İqtisadi antropologiya, Yaş və cins antropologiyası, Sosial institutların təkamülü, Antropologiyanın nəzəri problemləri, Müasir sosial və humanitar elmlərdə antropoloji yanaşma
Mədəni antropologiya – ixtisası üzrə - Tarixi antropologiya, Arxaik və ənənəvi mədəniyyətlər, Etnikliyin antropologiyası, Fiziki antropologiya, Etnogenez və arxeologiya, Şəhər antropologiyası, Davranışın semiotikası və etnometodologiya
Kafedra müəllimlərinin elmi-pedaqoji tərkibi
Kafedranın elmi istiqamətləri