ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

AMERICAN STUDIES CENTER

Amerikaşünaslıq Mərkəzi

Amerikaşünaslıq Mərkəzi 2000-ci ilin aprelində,ABŞ-ın İndiana ştatında yerləşən İndiana Universiteti ile Bakı Dövlət Universiteti arasında təşkil olunmuş "Linking Program" əsasında Dövlət Departamentinin dəstəyi ilə yaradılmışdır.

Mərkəzin yaradılmasının məqsədi, İndiana Universiteti ilə Bakı Dövlət Universiteti arasında sıx və möhkəm əlaqələrin yaradılması, elmi biliklerin və elmi təcrübələrin mübadiləsi, tələbələrarası mübadilə, Bakı Dovlət Universitetinde İndiana Universiteti haqqında İndiana Universitetində isə Bakı Dövlət Universiteti haqqında etraflı və müfəssəl məlumatların əldə olunması olmuşdur.

Mərkəzdə tələbələrə bir sıra xidmətlər təqdim olunur.İlk öncə Mərkəzin xidmətlərindən istifadə etmək üçün buraya üzv olmaq lazımdır.Üzv olmaq üçün isə tələbə təhsil aldığı fakultə və ixtisası,maraqlandığı sahələri, tədqiqat sferalarını qeyd etməklə yanaşı, mərkəzə üzv olmağının məqsədinin də bildirməlidir.

Amerikaşünaslıq Mərkəzi yaradıldığı ilk gündən etibarən BDU və digər Universitetlərin tələbələri üçün xidmət göstərmişdir.2004-cü ildən bəri isə Tarix Fakultəsi nəzdində yaradılmış Amerikaşünaslıq tələbələri mərkəzin əsas üzvlərinə çevrilmişlər.

Mərkəzdə tələbələrin istifadəsi üçün olduqca dəyərli və müxtəlif sferaları əhatə edən kitabxana mövcuddur.Burada "reference", "fiction" və "general" books bölmələri vardır.

"Reference" books bölməsində beynəlxalq hüquq və beynəlxalq münasibətlər, tarix, xarici siyasət məsələlərini əks etdirən kitablar olduğu halda, "Fiction" books bölməsində isə ədəbiyyat sahəsinə aid olan kitablar və bədii Amerikan ədəbiyyatı ilə bağlı materiallar mövcuddur.

"General" books bölməsində isə ABŞ-ın yaranmasından bu günə qədər olan tarixi, onun xarici siyasət sferaları vəAvropa, Yaxın və Uzaq Şərq ölkələrinin tarixinə aid kitab və jurnallar əldə etmək mumkündür.Beləliklə Mərkəzdə istifadəçilərin oxuması üçün olduqca zəngin və dəyərli kitabxana mövcuddur.

Bundan başqa, Amerikaşünaslıq Mərkəzində hər həftə, ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən, əsasən, Amerikaşünaslıq ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuş, lakin Mərkəzə üzv olan şəxslərin də qatıla biləcəyi mühazirələr də təşkil olunmuşdur.Bu mühazirələr ABŞ-la bağlı bir sıra sahələri əhatə etməklə, Səfirliyin məmur və Ataşeləri tətəfindən aparilir.

Beləliklə Amerikaşünasliq Mərkəzi tələbələrin Amerika haqqında bilik və məlumatlarını dərinləşdirmək, onların ingilis dili səviyyələrini artırmaq üçün təşkil etdiyi mühazirələri və zəngin kitabxanası ilə onların ixtiyarındadır.

Bookmark and Share