ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MAGİSTRATURA və DOKTORANTURA 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

Adıgözalova Arifə

Adıgözəlova Arifə Pənah qızı
Azərbaycan tarixi (təbiət fakultələri üzrə) kafedrasının müəllimi və dosent əvəzi vəzifəsi. Tel:(+99412 )439- 04-02

QISA BİOQRAFİK MƏLUMAT

  • 1969-сu il 29 oktyabrda Bakı şəhərində anadan olmuşdur.
  • 1986-cı ildə Şəmkir şəhəri 4 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1991-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1995-ci ildə “Fevral inqilabından sonra Müvəqqəti hökumətin Azərbaycanda yerli hakimiyyət orqanları və şəhər özünüidarələrinin təşkili və fəaliyyəti” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
  • 2012-2016-ci illərdə elmlər doktoru proqramı üzrə əyani doktoranturada təhsil almışdır.
  • 30 dan elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.

ƏMƏK FƏALİYYƏTİ

  • 1995-ci ildə Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasında laborant
  • 1996-cı ildən müəllim
  • 2017-ci ildən dosent əvəzi vəzifəsində çalışır.

TƏDQİQAT SAHƏSİ

  • “Azərbaycan Xalq Cümhuriyyətinin idarəçilik sistemi” mövzusunda doktorluq dissertasiyası üzrə tədqiqat aparır.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2013-cü ilin 24 mayında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş Respublika elmi konfransında “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəçilik sistemi” mövzusunda məruzə ilə çıxış etmişdir.
  • 2017-ci ilin 24 mayında Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Rusiyada Fevral inqilabının 100 illiyi və Qafqaz və Ümumrusiya müsəlmanları qurultaylarının 100 illiyi ilə bağlı təşkil etdiyi elmi konfransda “Fevral inqilabından sonra Azərbaycan siyasi sistemində Müsəlman milli komitələrinin yeri” adlı məruzə ilə çıxış etmişdir.
  • 2017-ci ilin 28 sentyabrında “İçərişəhər” Dövlət tarix-memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə “Cümhuriyyətə gedən yol” mövzusunda elmi-praktik konfransda “Fevral inqilabı və Azərbaycanda hakimiyyət məsələsi” adlı məruzə ilə çıxış etmişdir.
  • 2018-ci il 21-23 mayında Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfransda “Nəsib bəy Yusifbəyli görkəmli dövlət xadimi kimi” mövzusunda məruzə etmişdir.
Bookmark and Share