ELMİ ŞURA
LABORATORİYALAR
MAGİSTRATURA və DOKTORANTURA
MÜBADİLƏ PROQRAMMLARI
KONFRANSLAR
ƏLAQƏ

Tarix fakültəsinin tyutoru
Tel: (+994 12) 537 04 86
E-mail: aytan_abbasova@mail.ru
QISA BİOQRAFİK MƏLUMAT
• Abbasova Aytən Zabil qızı 23 iyun 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur.
• 1993-2004-cü illərdə Bakı şəhəri, Nizami rayonu Ə.Mahmudov adına 220 saylı məktəb-litseydə təhsil almışdır.
TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
• 2004-ildə Bakı Dövlət Universiteti,Tarix Fakültəsinin Amerikaşünaslıq ixtisasına daxil olmuşdur.
• 2008-ci ildə həmin fakültənin Amerikaşünaslıq ixtisasının magistr pilləsinə daxil olmuşdur.
• 2010-cu ildə sözügedən ixtisasın magistr pilləsini bitirərək, magistr elmi dərəcəsi almışdır.
• 2011-ci ildən Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dissertantıdır.
ƏMƏK FƏALİYYƏTİ
• 2009-2010-cu illərdə Tarix fakültəsinin "Tarix və dil metodikası" mərkəzində baş laborant vəzifəsində çalışmışdır.
• 2010-cu ildən Tarix fakültəsinin tyutoru vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
• Hal-hazırda XX əsrin 50-ci illərindən XXI əsrin əvvəllərinədək Türkiyə-İsrail münasibətləri və ABŞ-ın bu məsələdə mövqeyi mövzusunu tədqiq edir.
SEÇİLMİŞ ƏSƏRLƏRİ
DÖVLƏT VƏ BEYNƏLXALQ PROQRAM VƏ QRANTLARDA İŞTİRAKI
• 2010-2011-ci illər üçün gənc (35 yaşadək) professor-muəllim heyəti (əməkdaşlar) arasında 50+50 qrantı üzrə qalib gəlmişdir.