ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

AĞAYEV İDRIS ATAMOĞLAN OĞLU (1923-2003) Tarixçi

1923-cü ildə Biləsuvar rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Salyan pedaqoji texnikumuna daxil olmuş, 1940-cı ildə oranı bitirib müəllimlik etmək üçün Biləsuvar rayonuna göndərilmişdir. II Dünya müharibəsində iştirak etmiş, 1941-ci ilin dekabr ayından 1943-cü ilin sentyabr ayına qədər 223-cü Azərbaycan diviziyasının tank komandiri olmuş, Ukranya cəbhəsində yaralanmışdır. 1944-cü ilin əvvəllərindən Belarus cəbhəsində 1221 saylı tank alayında tank komandiri olmuş, Ukraynıyanın, Belarusiyanın azad edilməsində, Visla, Oder çaylarının keçilməsində, Berlinin alınmasında iştirak etmişdir. Bu əməliyyatlarda ordenlə və İ.B.Stalinin 2-ci təşəkkürü ilə təltif edilmişdir. 1945 ci il aprelin 30-da Berlində yenidən yaralanmışdır. 1947-ci ilin avqust ayına qədər Almaniyada Maqdeburq şəhərində 117-ci tank alayında tank komandiri vəzifələrində işləmiş, 1947-ci ildə isə ordudan təxris olunmuşdur. 1947-1952-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1956-1959-cu illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarixin tədrisi metodikası ixtisası üzrə aspiranturada təhsil almışdır. 1968-ci ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyası müdafiyə etmişdir. Azərbaycan Dövlət Universitetində 1991-ci ildə professor elmi adı almışdır. 1971-ci ildən Azərbaycan Dövlət Universitetində dosent vəzifəsinə seçilmişdir. Bakı Dövlət Universitetinin 80 illiyi münasibəti ilə “Tərəqqi” medalına layiq görülüb.

Bookmark and Share