ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 AMERİKAŞÜNASLIQ MƏRKƏZİ 1 FAYDALI LİNKLƏR 1 ƏLAQƏ 1 KONFRANSLAR 1

İSGƏNDƏROV ANAR CAMAL OĞLU (1956) Tarixçi

10 yanvar 1956-cı ildə anadan olmuşdur. 1973-cü ildə orta məktəbi bitirərək Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. 1978-1982-ci illərdə Masallıda orta məktəbdə direktor müavini və tarix müəllimi işləmişdir. 1982-1984-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Fəlsəfə kafedrasında kabinet müdiri vəzifəsində çalışmışdır. 1984-cü ildə BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının nəzdində 07.00.09 – “Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə aspiranturaya (qiyabi) daxil olmuşdur. 1989-cu ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 2006-cı ildə professor elmi adı almışdır. 1984-cü ildən BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafed­ra­sında elmi və pedaqoji fəaliyyətə başlamış, baş laborant, müəllim, baş müəl­lim, dosent vəzifələrində çalışmışdır. 1999-cu ildən həmin kafedranın müdiridir. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 250 elmi və publisistik məqalənin, həmçinin 4 monoqrafiya, 1 dərs vəsaiti və 14 proqramın müəllifidir. Rəhbərliyi ilə 30-dan artıq magistr dissertasiyası yerinə yetirilmiş, 2 elmlər doktoru, 14 elmlər namizədi və fəlsəfə doktoru hazırlanmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix və siyasi elmlər üzrə Ekspert Şurasının sədri, Universitet və Fakültə Elmi Şuralarının, Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının, Azərbaycan-Türkiyə Tarixinin Araşdırma Fondunun (ATAF) Himayəçilər Şurasının üzvüdür.

Bookmark and Share