19 aprel 1963-cü ildə anadan olmuşdur. 1980-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1985-ci ildə buranı fərqlənmə diplomu ilə bitirərək universitetdə saxlanılmış, baş laborant, müəllim, baş müəllim, dosent, professor, 2002-2011-ci illərdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini vəzifəsində çalışmışdır. Hazırda Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, Erməni araşdırmaları Elmi-tədqiqat laboratoriyasının rəhbəridir. 1995-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Doktorluq dissertasiyası “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmlənməsində Heydər Əliyevin rolu” mövzusuna həsr edilmişdir. 200-dən çox elmi əsərin, bir sıra monoqrafiyaların və dərsliklərin – “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004) monoqrafiyalarının müəllifidir. Onun rəhbərliyi ilə 60-dən çox magistr dissertasiyası, fəlsəfə doktoru və elmlər doktoru adını almaq üçün dissertasiyalar müdafiə edilmişdir. “Əməkdar müəllim” fəxri adına və İngiltərədə Oksford Universitetində Beynəlxalq “Sokrat” mükafatına layiq görülmüşdür. “Azərbaycan Bayrağı” və “Qızıl qələm” mükafatları ilə təltif edilmişdir.